Təəssüf ki, arıqlamaq istəyən insanlar ciddi yanlışlıqlara yol verirlər. Çəki itirmək üçün bəzən ac qalırlar, bəzən isə az yeməklə kifayətlənirlər. Halbuki sağlam arıqlamağı düşünən hər bir kəs ilk növbədə sağlam qidalanmağı özünə əsas prinsip götürməlidir. Bir şeyi bilmək lazımdır ki, maddələr mübadiləsi yerində olanda insan heç zaman kökəlmir.
“İki sahil”in təqdim etdiyi videoda həkim-dietoloq Nəzrin Hüseynovanın məsləhətlərini izləyə bilərsiniz.