Kor insanlar üçün sensorlu cihaz
2014-cü ildə 16 yaşlı Volgodonsk sakini Valeri İlyin 3000 rubla başa gələn bir cihaz hazırlayaraq kor insanlara hərəkət etmələrinə kömək etmək qərarına gəldi. Kor insanların ayaqqabısına yerləşdirilən bu cihazın içərisində sensorlar maneələri görür və vibratorlar onları insana bildirir. Bir maneə yaxınlaşanda titrəmə siqnalı daha da güclənir.
Xüsusi nanobatareya
2013-cü ildə Kaliforniyada yaşayan Aişa Khar doldurulması cəmi 30 saniyə çəkən və enerjini uzun müddət saxlayan kiçik bir nano-batareya təqdim etdi. Həmin nanobatareyanı hazırlayan qız beləliklə bir çox insanların uzun müddət ərzində gözlədiyi bir aparatı icad etmiş oldu. Aişa bu günə qədər ixtiranı yalnız bir LED lampaları üçün tətbiq etsə də mütəxəssislər bu fikri inkişaf etdirməyə ümid edirlər.
Ucuz əl protezi
Bir çox əlil insanlar protez almaq üçün uzun illər ərzində növbədə gözləməli olurlar, çünki adətən bu protezlərin qiyməti çox baha olur və kasıb insanlar onları ala bilmir. Beləliklə, belə insanlara dəstək olmaq üçün 2019-cu ildə rusiyalı qız Dariya Semina əl üçün biyonik protez hazırladı. Onun hazırladığı bu protez bütün hərəkətləri yerinə yetirməyə, ən əsası əlil insanların həyatını dəyişdirməyə qadirdir. Bu protez 3D çap printerində plastikdən hazırlanmışdı. Bu əl protezini hazırlayan Darinanın cəmi 3 min rubl xərci çıxmışdır.Tam hazır olan bu implantın qiyməti təxminən 15 min rubl olacaq və bu, mövcud modellərdən daha ucuzdur. Bu ixtiradan sonra əlillər bir neçə il ərzində protezlərlə tam təmin oluna bilərlər.
Suyun təmizlənmə sistemi
Hindistan əhalisinin mütəmadi olaraq içməli su çatışmazlığından əziyyət çəkdiyi ölkələrdən biridir. Demək olar ki, bu ölkənin çaylarının 80% -dən çoxu tullantılar, təhlükəli bakteriyalar və zibillərlə çirklənmişdir. Bəzən insanlar Hindistanın palçıqlı suyundan istifadə edirlər. Buna son qoymaq istəyən 14 yaşlı Dipiki Kurupun maraqlı ixtirası problemi aradan qaldıra bilər. 14 yaşlı qızcığaz günəş enerjisi ilə işləyən su təmizləmə sistemini icad edib.
Süzülmüş suyun gümüş fotokatalizator vasitəsi ilə günəş işığına məruz qalması əksər bakteriyaların 15 dəqiqə ərzində 100% məhv olması ilə nəticələndi. Bu yeni ixtirasına görə Dipiki Kurupa 25 min dollar mükafat verildi.
Qulaqlıqların icadı
15 yaşlı amerikalı Çester Qrinvud qarlı havada xizək sürməyi çox sevirdi, lakin papaq geyinməyi heç sevmirdi. Adətən belə hava şəraitində yeniyetmə qulaqlarını soyuqdan qorumaq üçün nənəsindən hər iki tərəfdən telə xəz astar tikməsini xahiş edirdi. Beləliklə, 1873 -cü ildə ilk qulaqlıqlar ortaya çıxdı. Daha sonra Çester tərəfindən hazırlanan bu modeli təkmilləşdirməyə başladılar. Bir neçə müddət ərzində yüksək səsdən qoruyan modellər ortaya çıxdı.
Galaktikolet
Rusiyalı məktəbli Yekaterina Truşeva maraqlı bir layihə hazırlayıb. Onun iddialarına görə, hazırladığı kosmik gəmi vasitəsilə insanlar ən yaxın ulduz sistemi olan Alfa Sentavraya 50 min il ərzində deyil, 42 ilə çata bilərlər.
Belə bir model qeyri-real görünsə belə, buna baxmayaraq, Ekaterina "NASA Rover Challenge" şirkətinə dəvət edilmiş üç rusiyalıdan biri oldu.Layihəsini bütün dünyaya göstərən məktəblinin bu ixtirası almanlar tərəfindən bəyənildi. Onların düşüncələrinə görə, bu layihəni tamamlamaq üçün çox az iş qalıb.
Batutun icadı
Batut gimnastikasının yaranması amerikalı gimnast Corc Nissenin adı ilə bağlıdır. 16 yaşlı Corc1934-cü ildə sirkdə akrobatların elastik təhlükəsizlik torunun üzərinə enməsi və təkan götürərək akrobatik elementlərin icrasından ilhamlanan C.Nissen batut alətinin ilk prototipini hazırlamış və ona ispan mənşəli söz olan “tramplin” adını vermişdir.
Metronu su daşqınlarından qoruyan mühafizə sistemi
Hamımızın bildiyimiz kimi, 2012-ci ildə baş verən dağıdıcı "Sandy" qasırğası Nyu-York metrosunun 25% -ni basdıqdan sonra amerikalılar gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün müxtəlif yollara əl atdılar. Lakin iki 17 yaşlı gəncin etdiyi bir ixtira bu problemi kökündən çözdü. 2016-cı ildə Kayl Mitra və Raymond Janis tənzimlənən qapağı olan bir metal barmaqlıq modeli hazırladılar. Qatar hərəkət etdikdə təmiz hava ilə təmin etmək üçün dəmir barmaqlıqların bir hissəsi qaldırılır. Fövqəladə hallarda həmin dəmir barmaqlıqlar bağlanaraq su axınına mane olur.
Metronun bu barmaqlıqlar ilə modernləşdirilməsi daşqınlardan mühafizə olunmaq üçün əlverişli ola bilər və bu sistem təmirdən nisbətən ucuz başa gələcək. Bundan əlavə, bu sistem Moskvadan Şanxaya qədər dünyanın istənilən metrosunda quraşdırıla bilər.
Yırtıcılardan qorunma sistemi
Afrikada aslanlar tez-tez heyvanlara hücum edirlər. Bu problem bir çox ailəyə təsir edir, çünki əksəriyyəti odlu silah ala bilmir. Bundan əlavə, aslanlar" Qırmızı Kitaba "daxil olub və onları vəhşicəsinə öldürmək qadağandır, buna görə də Afrikada yaşayan əhali onlardan qorunmaq üçün başqa yollara əl atmalıdır.
13 yaşlı keniyalı Riçard Turere bu problemin orijinal bir həllini tapdı. Aslanların yalnız qaranlıqda hücum etdiyini görən yeniyetmə ,onların işıqdan qorxduğunu gördükdən sonra oğlan hər tərəfə günəş işığını xatırladan neon lampalarını asdı.
Onun tərtib etdiyi bu sistem gecə saatlarında işə salınaraq, gün doğana qədər işləyirdi. Bir yeniyetmə tərəfindən edilən bu ixtira bütün Keniyada məşhur oldu.
Samirə Tağıyeva, “İki sahil”