04 mart 2022 17:30
1609

Sarımsağı limon suyuna qatıb içsəniz... - FOTO

Sağlamlıq üçün  faydalı olan sarımsaq və limon bir araya gəldiyində damar iltihabından tutmuş immunitet sisteminə qədər bir çox xəstəliyə müsbət təsir edir.

Bütün damar iltihablarını müalicə edir, tıxanmış damarları açır, ateroskleroz və hipertoniyanın qarşısını alır. Xolesterin və lipidləri aşağı salır, zərərli yağları yandırır, arıqlamağa səbəb olur. Bununla yanaşı,  bazal maddələr mübadiləsini sürətləndirib yağları yandırdığı üçün iştahı artırır, orqanizmdə şəkər nisbətini tarazlaşdırır, mədəaltı vəzinin bərpasını təmin edir. Bu qarışım böyrək və öd daşlarını da əridir, bədəndəki şişkinliyi aradan qaldırır və toxumalarda ödem əmələ gəlməsinin qarşısını alır.

“Helycobeacter pylori” adlı xora mikrobunu öldürərək, mədə və onikibarmaq bağırsaq xorasını müalicə edir. Bütün revmatik iltihabların ,kalsifikasiyanın qarşısını alır, oynaq səthlərinin regenerasiyasını təmin edir və hər cür ağrıları kəsir. Beyin hüceyrələrini və bütün sinir sistemlərini yeniləyir, sinirdəki fəaliyyət potensialını tənzimləyir, refleks sürətini artırır, insult riskini azaldır. Bədənin immunitet sistemini son dərəcə möhkəmləndirir və hər cür allergiyanın,eləcə də stresslə əlaqəli dəri allergiyalarının qarşısını alır. Bədəni xərçəngdən qoruyur.

Hazırlanma qaydası:

2 litrlik bankanı dolduracaq qədər limon götürün. Daha sonra limonun  suyunu sıxın və bankanı  doldurun. Soyulmuş 40 diş sarımsağı yumadan əzin, limonun içinə atın və bankanı möhkəm bağlayın.Plastik bankadan istifadə etmək məsləhət deyil.

Qarışığı 25 gün sərin yerdə saxlayın. Gündə bir neçə dəfə çalxalayın. Təxminən 25 gündən sonra sarımsağın limon suyunda əridiyini görəcəksiniz. 25 gündən sonra hazır olan qarışıqdan hər səhər yeməyindən yarım saat əvvəl yarım stəkan için. Bunu müntəzəm olaraq və mümkünsə hər gün eyni vaxtda edin. Bu qarışığa başqa  heç nə əlavə etməyin.

Vüsal Cahanov, “İki sahil”