05 mart 2022 11:44
1229

Ölüm anında 15 dəqiqəlik beyin fəaliyyətini qeydə alıblar

Kanada, ABŞ, Çin və Estoniyadan olan bir qrup alim ilk dəfə ölüm zamanı insan beyninin fəaliyyətini tədqiq edib.

Tədqiqatçılar EEG-dən istifadə edərək 87 yaşlı epilepsiya xəstəsinin beyin dalğalarını izləyiblər. Lakin müalicə zamanı o, qəfil infarkt keçirib və nəticədə onun ölümünə səbəb olub.  

Bununla yanaşı, tədqiqatçılar ölüm anında 15 dəqiqəlik beyin fəaliyyətini qeydə alıblar. Onlar yuxu və ya dərin meditasiya üçün xarakterik olan beyin fəaliyyətinin bir növünü tapdılar.  

"Bu tapıntılar həyatın tam olaraq nə vaxt başa çatacağına dair anlayışımıza meydan oxuyur və orqan bağışlama müddəti ilə bağlı vacib suallar doğurur",-deyə tədqiqatın aparıcı müəllifi Ajmal Zemmar bildirib.Elmi araşdırmanın nəticəsi “Frontiers in Aging Neuroscience” jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”