05 mart 2022 14:35
799

Depressiyanın bu qədər çox yayılmasının səbəbi nədir? FOTO

Son bir neçə onillik ərzində insanlar öz emosional vəziyyətlərinə daha çox diqqət yetirirlər. Əvvəllər daxili dünya haqqında çox danışılmır, xarici amillərə daha çox diqqət yetirilirdi. İndi isə məlumat mənbələrinin sayı artığından vəziyyət dəyiçib. Bu məsələnin müsbət tərəfi odur ki, müasir texnologiyaların inkişafı, internet özünüinkişaf üçün mühümdür. Lakin bunun mənfi tərəfi də var. Belə ki, bəzən insanlar internetə baxaraq özləri özlərinə diaqnoz qoymağa çalışır, özlərini müalicə edirlər. Bu isə bir çox hallarda onların sağlamlığına zərər verir. Bəziləri isə iki günlük kədərdən sonra özlərinə depressiya diaqnozu qoymağa başlayır. Ümumiyyətlə, depressiya ifadəsini son vaxtlar çox eşidirik. Xüsusilə, gənclər arasında.

Bəs, gənclərinin depressiyada olmasının səbəbi nədir? Bu sualın cavabını tapmağa çalışaq. Mütəxəssislər bunun səbəblərini belə sıralayırlar:  

1. Sosial şəbəkələr və texnoloji inkişaf - Amerikalı alimlərin araşdırmalarından belə qənaətə gəlmək olar ki, insan nə qədər çox sosial şəbəkələrdən istifadə edirsə, sonda bir o qədər depressiyaya düşür. Gənclər demək olar ki, zamanlarının böyük bir hissəsini telefona baxmaqla keçir. Canlı ünsiyyət minimum səviyyədədir. Bu isə yalnızlıq hissinə səbəb ola bilər.

2. Müasir həyatın tempi- Gənclər indi hər şeyi daha sürətli etməyə, dünya ilə ayaqlaşmağa çalışırlar. Müasir meqapolislər nəhəng qarışqa yuvasına bənzəyir, burada hər kəs öz düşüncələrinə qərq olur və ətrafda baş verənləri görmür. Hamı harasa qaçır, tələsir. İnsanlar həmin anda həyatın dadını çıxarmağı unudurlar. Sürətli həyat tempi orqanizmdə stressin səviyyəsinin artmasına gətirib çıxara bilər.

 

Depressiya gənclər arasında ən çox görülən üçüncü xəstəlikdir. Depressiya nəticəsində intihar isə ölüm səbəbləri arasında üçüncü yerdədir. Depressiya sağlamlıq və həyat üçün böyük təhlükədir. Depressiyanın fizioloji və psixoloji siptomları:

 Libidonun kəskin azalması;

 İştahsızlıq və ya həddindən artıq yemək;

Yuxusuzluq;

 Bədənin zəifliyi və yorğunluğu;

Ürək və mədə nahiyəsində ağrı.

Tək qalmaq arzusu;

Passivlik və yaxınlara qarşı laqeydlik;

Alkoqoldan və ya psixotrop maddələrdən sui-istifadə;

Ölüm və intihar haqqında düşüncələr və söhbətlər;

Heç nəyə baxmayaraq, həyat gözəldir. Ümid sonda ölür. Hal-hazırda özünüzü pis hiss etsəniz belə əmin olun ki, hər şey yaxşı olacaq. Umidinizi itirməyin və belə halla rastlaşdığınızda mütləq doğmalarınızdan dəstək alın, mütəxəssisə müraciət edin.

Nərmin Nərimanova,

Bakı Slavyan Universitetinin tələbəsi

(Mənbə: https://stakanchik.media/article/pochemu -sovremennaya-molodezh-v-depressii)