Dünyanın bir çox məşhur brendləri, şirkətləri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı mağazalarını bağlamağa, idxal və ixracatı ayandırmağa davam edir.
“İki sahil” xəbər verir ki, bu dəfə "Coca-Cola", "Pepsi", "Lay's" və “Starbucks” Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıb. Bu barədə şirkətlərin yaydığı rəsmi məlumatda əks olunub.
“Coca-Cola" şirkətinin yaydığı bəyanatda deyilir: "Qəlbimiz Ukraynada yaşayan insanların yanındadır. Vəziyyəti zamanla izləməyə və qiymətləndirməyə davam edəcəyik”.
Amerikanın məşhur qəhvə şirkəti "Starbucks" da açıqlamasında bu addımı Ukraynada cərayan edən hadisələr fonunda atdığını bildirib.
Qeyd edək ki, ötən gün dünyanın ən böyük "fast-food" restoranlar şəbəkəsi "McDonald's" da Rusiyadakı 850 restoranının hamısını müvəqqəti bağladığını elan edib.