Britaniyanın hamilə qadınlar və azyaşlı uşaqlar üçün malların satışı ilə məşğul olan “Mothercare” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin pres-relizində deyilir: “Rusiyada bütün biznes fəaliyyəti, o cümlədən bütün məhsulların tədarükü müvəqqəti olaraq dayandırılıb. Yerli biznes tərəfdaşımız 120-yə yaxın pərakəndə satış məntəqəsinin işini, həmçinin onlayn satışı dərhal dayandıracağını təsdiqləyib”.