Qızların təhsilinə sərmayə qoymaq icmaları, ölkələri və bütün dünyanı dəyişdirir. Təhsil alan qızların gənc yaşda ailə qurma ehtimalı azdır və sağlam, məhsuldar həyat sürmək ehtimalı daha yüksəkdir. Onlar daha yüksək gəlir qazanır və özləri, ailələri üçün daha yaxşı gələcək qururlar.
Qızların təhsili iqtisadiyyatı gücləndirir və bərabərsizliyi azaldır. Bütün fərdlərə, o cümlədən oğlanlara və kişilərə öz potensiallarını həyata keçirmək imkanı verən daha sabit, möhkəm cəmiyyətə töhfə verir. Ancaq qızların təhsili məktəbə getməkdən ibarət deyil, bundan daha artığıdır. Bu, həm də qızların siniflərdə özlərini təhlükəsiz hiss etmələri və karyeralarında dəstəklənmələri haqqındadır.
Qız uşaqlarının təhsilinə sərmayə qoyduqda: uşaq nikahları, ölümləri azalır; milli artım templəri yüksəlir, ana ölümü göstəriciləri aşağı düşür və s. Dünyada məktəbə getməyən milyonlarla qız uşağı var.
Bəs bunun səbəbləri nələrdir?
Səbəbləri çoxdur və ölkələr və icmalar arasında dəyişir - qızların təhsilinə maneələr – yoxsulluq, uşaq evliliyi və gender əsaslı zorakılıq kimi. Kasıb ailələr təhsilə sərmayə qoyarkən çox vaxt oğlan uşaqlarına üstünlük verirlər. Bəzi yerlərdə məktəblər qızların təhlükəsizliyinə, gigiyena və sanitariya tələblərinə cavab vermir. Digərlərində tədris təcrübələri genderə uyğun deyil və bu da bacarıqların inkişafında gender boşluqları ilə nəticələnir.
Yanlış gender normalarından azad təhsil oğlanlar üçün də birbaşa fayda verir. Bir çox ölkələrdə kişilik normaları məktəbdən uzaqlaşmağa, uşaq əməyinə, dəstə zorakılığına və silahlı qruplara cəlb olunmağa təkan verə bilər. Gəlir əldə etmək ehtiyacı və ya istəyi də oğlanların orta məktəbi tərk etməsinə səbəb olur, çünki onların çoxu kurriklumun iş imkanlarına uyğun olmadığını düşünür.
Yalnız savadlı insanlar azaddır, unutmayın. Qız uşaqlarını bu azadlıqdan məhrum buraxmayın. Onların qanadlarını qırmayın, uğura gedən yolda dəstək olun ki, cəmiyyətimiz inkişaf etsin.
Nərmin Nərimanova,
Bakı Slavyan Universitetinin tələbəsi
Mənbə: https://www.unicef.org/education/girls -education