10 mart 2022 16:02
682

Çernobıl AES-də vəziyyət təhlükəlidir

“Çernobıl AES-dəki vəziyyət təhlükəlidir, çünki stansiya Rusiya ordusunun fəaliyyətlərinə görə enerjisiz qalıb. İndi heç kim anlamır ki, orada nə baş verir”.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Çernobıldakı vəziyyət ümumilikdə çox təhlükəlidir. İşğalçıların fəaliyyətlərinə görə orada ümumiyyətlə enerjisiz qalmamalı olan obyektlər problemlə üz-üzə qalıblar. Bu, bütün Avropa və əlbəttə ki, Rusiyanın özü üçün də təhlükədir”, - deyə M.Podolyak bildirib.