Uşaqlar təbiətən aktiv olur, bir yerdə oturmağı sevmirlər. Lakin uşaq əzmkar deyilsə, həddindən artıq fəal və idarəedilməzdirsə, bununla yanaşı emosionallığı varsa və konsentrasiya problemi yaşayırsa onun hiperaktiv olmasından şübhələnə bilərik.
Uşağın hiperaktiv olduğunu necə anlamaq olar? Fəal uşaqdan fərqli olaraq hiperaktiv uşağın fəallıq dərəcəsi dəyişmir. O hər yerdə fəaldır: evdə, qonşuda, bağçada, restoranda, həkimdə. Tanımadığı insanların əhatəsində belə, bir yerdə dayanmır, daima hərəkət halında olur. Bəzən valideynlər uşağı bu səbəbdən cəzalandırsa da nəticə əldə edə bilmirlər, çünki hiperaktiv uşaqların özünü idarə etmə problemi var. Uşaq valideynin müraciətini eşitmir, eşitsə belə, konsentrasiya problemi yaşadığı üçün ilk dəfədən anlamır.

Qeyd olunan simptomlar əsəb sisteminin normadanartıq aktiv olmasından yaranır. Belə halda mütəxəssislə konsultasiya keçilməlidir, çünki uşaqda diqqət çatışmamazlığı ola bilər. Yalnız ixtisaslı həkim belə bir diaqnoz qoya və tibbi və ya psixoloji korreksiyanı tövsiyyə edə bilər. Sindromun pik həddə çatması 7 yaşa qədər olan müddətdə rast gəlir. Uşağı hiperaktiv olan valideynlərə 3 məsləhət:
1. Evdə əlverişli və sakit atmosferin yaradılması- Hiperaktiv uşağın sinir sistemi qeyri-sabitdir, buna görə də ev mühitinin sakit olması vacibdir. Bu, ona evin sakitliyini qəbul etməyə və sinir sisteminə lazımi istirahət verməyə kömək edəcək.
2. Ardıcıllıq və rejim- Hiperaktiv uşaqlar gün ərzində nəyi və hansı ardıcıllıqla etməli olduqlarını başa düşməlidirlər. Ətrafda baş verən hər şey onların psixikasını həyəcanlandırır, buna görə də rejimin olması onlara özlərini güvəndə hiss etdirəcək. Bundan əlavə, ardıcıllıq əzmkarlığa nail olmağa kömək edəcək - uşaq günün müəyyən bir hissəsində bu və ya digər tapşırığı yerinə yetirməli olduğunu başa düşəcək və o, artıq onu yerinə yetirməyə hazır olacaq.
3. Aktiv uşaqların psixikası çox həssasdır - Həddindən artıq televizora baxmaq, planşetdən istifadə etmək və ya telefonda oyun oynamaq onların həyəcanını artırır. Həyəcanlı sinir sistemi isə hiperaktivliyə gətirib çıxarır, fiziki cəhətdən travmatik ola biləcək davranışlara təhrik edir.
Nərmin Nərimanova,
Bakı Slavyan Universitetinin tələbəsi
(Mənbə: https://stakanchik.media/article/giperaktivnye-deti -sovety-dlya-adaptaczii-i-obucheniya)