Koronavirusa yoluxub sağalan şəxslərdə beyinin ölçüsünün kiçilməsi müşahidə olunub. Belə ki,aparılan araşdırmalar zamanı beynin qoxu və yaddaşla əlaqəli hissələrində boz maddələrin azalması görülüb.
Alimlər 96 faizi COVID-19-u yüngül keçirən, yaşları 51-81 yaş arası olan 401 insanın beyinlərini xəstəlikdən əvvəl və 4-5 ay sonra maqnit rezonans tomoqrafiyası (MRT) ilə görüntüləyiblər. Yalnız 15 COVID xəstəsinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olduğu araşdırmada, xəstəliyi keçirməyən 384 nəfər də müayinə olunub.
“Nature”da dərc edilən tədqiqatın nəticələri göstərdi ki, virusa yoluxan xəstələrin ümumi beyin ölçüsü 0,2 faizdən 2 faizə qədər azalıb. Son zamanlarda COVID-19-a yoluxub sağalan şəxslərin mürəkkəb zehni işləri yerinə yetirməkdə daha çox çətinlik çəkdiyi müəyyən edilib.
Elm adamları dəyişikliklərin qalıcı olub-olmadığını təxmin edə bilməsələr də, beynin bərpa ola biləcəyini vurğulayıblar. Araşdırmanın aparıcı müəllifi Oxford Universitetindən professor Gwenaelle Douaud beynin plastik kimi olduğunu və infeksiyanın zərərli təsirlərinin zamanla azalacağını ifadə edib. Tədqiqatlar COVID-19 mutasiyaya uğramadan və Alfa ştammı yayqınkən, qoxuyla dadbilmənin itirilməsi əsas simptom olduqda həyata keçirilib. Buna görə də, COVID-19 virusunun bütün variantlarının bu zərərə səbəb olub-olmadığı aydın deyil.
Vüsal Cahanov, “İki sahil”