11 mart 2022 18:16
641

Müsəlmanların ixtiraları FOTO

Müsəlmanların ixtiralarınə təqdim edirik:

Kofe

Əfsanəyə görə, ərəb Xalid Efiopiyanin cənubundakı Kaffa bölgəsində qoyunları otaran zaman şahidi olur ki, heyvanlar müəyyən giləmeyvəni yedikdən sonra daha enerjili olur. Onları toplayaraq Xalid ilk kofeni dəmləyib. Kofe sözünün etimologiyası kifayət qədər uzundur: ərəbcə "qahwa", türkcədə "kahve", italyanlarda "caff", ingilislərdə "coffee", ruslarda isə " кофе" kimi qəbul olunub.

Sabun və şampun

Gündəlik duş- İslam dininin tələblərindən biridir. Bəlkə də buna görə müsəlmanlar sabun reseptini təkmilləşdirməklə məşğul olublar.
Bitki yağlarını natrium hidroksid və aromatik birləşmələrlə qarışdırmağı icad edən ərəblər idi. İngiltərədə şampun 1759-cu ildə, bir müsəlman Brightonda hamam açanda ortaya çıxıb.

Paraşüt 

Rayt qardaşlarından min il əvvəl müsəlman şair, astronom və mühəndis Abbas ibn Firnas uçan cihaz yaratmaq ideyası ilə çıxış edib. 852-ci ildə o, üzərinə taxtalar yapışdırılmış sərbəst axan plaş geyinərək məscidin damından atlayıb. Plaş düşməsini yavaşladaraq ilk paraşüt təsərrüfatını yaradıb. Alim isə yüngül xəsarətlərlə xilas olub.

Xalçalar

Orta əsr müsəlmanları arasında xalçalar cənnətin ayrılmaz hissəsi hesab olunurdu. Toxuculuq texnikası kifayət qədər inkişaf etmişdi, daim yeni rənglər meydana çıxırdı və toxuculuq sənətini dayanmadan irəliləyirdi. Avropada döşəmələrə hörmə xalçalar salınırdı və yaxşı təmizlənmədikdə onun altında bir yığın zibil, sümük və s. olurdu. Təəccüblü deyil ki, ərəb və fars xalçaları tez bir zamanda orada kök saldı.
 

Qəbz

Müsəlmanlar olmasaydı, çeklərimiz olmazdı. “Çek” sözünün mənşəyi ərəbcə “saqq” sözündəndir, bu da malların çatdırılma zamanı ödənilməsi üçün yazılı öhdəlik deməkdir. Pulun uzaq məsafələrə daşınması çox təhlükəli olduğu üçün çeklərə ehtiyac yaranıb.

Aysel Bayramova

Bakı Slavyan Universitetinin tələbəsi

(Mənbə - https://stakanchik.media/article/kakie-izobretenija-podarili-miru-musulmane)