Beynəlxalq tədqiqatçılar qrupunun fikrincə insan bədəninin müxtəlif hissələri həyat tərzindən asılı olaraq müxtəlif sürətlərdə qocalır.
Alimlər qrupu insan orqanizmindəki yüzlərlə müxtəlif orqan və sistemin bioloji yaşını və bu "əsl yaşın" müxtəlif dövrlərdə necə dəyişə biləcəyini təxmin etmək üçün 4000 insanın qanı, nəcisi, fotoşəkilləri və fitnes testlərinin nəticələrindən istifadə edib.
Tez-tez olur ki, insanlar xronoloji (pasport) yaşından daha gənc və ya daha yaşlı görünürlər, ancaq bədəndə təkcə dəri qocalmır. Bioloji nöqteyi-nəzərdən bədənimizin müxtəlif hissələrinin müxtəlif yaşları ola bilər.
Tədqiqatçılar yeni tapıntılara əsaslanaraq bildirirlər ki, orqanizmdə genetika və insanın həyat tərzi kimi faktorlardan asılı olaraq müxtəlif “vaxtları” göstərən bir neçə “saat” var.
Xroniki iltihab bədənin bioloji yaşını göstərə bilər
Qeyd edək ki, əvvəllər alimlər müəyyən ümumi indeksdən istifadə edərək insanın qocalma sürətini təxmin edirdilər və ya molekulyar qocalmanın biomarkerlərini tədqiq edirdilər.
Bunun üçün əsl orqanizmdən alınan toxumalar və hüceyrə yaxmasından istifadə edilirdi.
Artıq həkim kabinetində olan həkimin süni intellektin “hökmünü” xəstəyə oxuyacağı, onun hansısa orqanının o qədər də sağlam olmadığı, bu və ya digər yerdə yüksək sürətlə qocalma getdiyini deyəcəyi gün uzaqda deyil.
"Tədqiqatda yaşlanma haqqında anlayışımızı yaxşılaşdırmağa kömək edəcək bir neçə yanaşmadan istifadə edilib və daha da əhəmiyyətlisi, nə vaxtsa onlar həqiqi sağlamlıq praktikasında tətbiq oluna bilər",-deyə tədqiqatın müəllifləri bildiriblər.
Bu araşdırmanı aparmaq üçün alimlər Çinin Şençjen şəhərinin rayonlarından birində yaşayan 4066 könüllünü işə cəlb ediblər. Onlar qan və nəcis nümunələri, üz dərisinin skanlarını təqdim ediblər və bir sıra fiziki müayinələrdən keçiblər.
Könüllülərin yaşı 20-45 arasında idi. Onların 52 %-ni qadınlar, 48 %-ni isə kişilər təşkil edib.
Alimlər belə "gənc" yaş aralığının seçilməsini izah ediblər. Gənc sağlam insanlarda qocalma prosesi əsasən öyrənilməmiş olaraq qalır. Eyni zamanda, bəzi araşdırmalar göstərib ki, insanlarda yaşa bağlı dəyişikliklər hətta 20 yaşında da müşahidə oluna bilər.
İnsanın qocalması ilə bağlı əksər tədqiqatlar yaşlı insanlar üzərində aparılıb və təcrübə iştirakçılarının çoxunda xroniki xəstəliklər olub”,- deyə Sinqapur Milli Universitetindən tədqiqatın həmmüəllifi Brayan Kennedi bildirib.
Tədqiqatçılar metabolik, biokimyəvi, immunitet, bədən quruluşu və fitness səviyyələri, elektroensefaloqrafiya (EEG) nəticələri, üz dərisi və bağırsaq mikroflorası daxil olmaqla 403 yaşlanma əlamətini ölçüblər. Maraqlıdır ki, 210 əlamət (yəni yarıdan çoxu) könüllülərin orqanizmində mikrob toplusuna aid idi.
Bu xüsusiyyətlər daha sonra doqquz kateqoriyaya bölünüb: ürək-damar, böyrək, qaraciyər, cinsi hormonlar, üzün dərisi, qidalanma, maddələr mübadiləsi, immunitet, fiziki və bağırsaq mikroflorası.
Cinsi orientasiya da qocalma prosesinə təsir etdiyinə görə qruplar kişi və qadınlara bölündü. Daha sonra elm adamları qocalma dərəcəsinin indeksini hazırladılar. Tədqiqatçılar könüllüləri xronoloji yaşlarından daha sürətli və ya daha yavaş qocalanlar kimi təsnif etdilər.
Təəccüb doğuran nəticələr
Alimlər müəyyən ediblər ki, müxtəlif orqan və sistemlərin bioloji yaşı müxtəlif proseslərlə bağlıdır. Bu münasibətlərin bəziləri gözlənilməz oldu. Sağlam çəki və yüksək səviyyəli fiziki fəallığın bütün orqan və toxumalara müsbət təsirinə inanılırdı, lakin bunun belə olmadığı ortaya çıxdı.
Məsələn, bağırsaq mikroflorasının qarışıq olması zamanı bağırsağın daha gənc olduğu, eyni zamanda, böyrəklərin yaşlanmasına mənfi təsir göstərdiyi üzə çıxdı. Bəlkə də bu, bakterial növlərin müxtəlifliyi böyrəklərin daha çox işləməsini təmin etdiyi üçün baş verir - və müvafiq olaraq, böyrək daha sürətli "aşınır".
Bundan əlavə, alimlər bioloji yaş fərqlərini genetik faktorların izah edib-etmədiyini müəyyən etmək üçün iştirakçıların genomlarında nukleotid polimorfizmlərini araşdırıblar və həqiqətən, yaşlanma sürəti ilə əlaqəli ola biləcək xüsusiyyətlər tapılıb.
Beynəlxalq alimlər qrupunun bu elmi işi ətraflı şəkildə “Cell Reports” jurnalında dərc edilib.
Nubar Süleymanova, “İki sahil”