Dejavu həmişə qəfil baş verir və bir neçə saniyə davam edir. Amma bəzən ondan gələn təəssürat o qədər güclü olur ki, illərlə yaddaşlarda qalır.
Bəziləri dejavu fenomenini yuxularla əlaqələndirir, bəziləri isə isə keçmiş həyatla bağlı olduğuna inanır. Dejavunun əsl səbəbi hələ də elm tərəfindən müəyyən edilməsə də, 40-dan çox nəzəriyyə bu sindromu izah etməyə çalışıb.
Hisslərin və xatirələrin qarışması
İnsan yaddaşının ətrafındakı mühitdən asılı olduğunu göstərən belə bir məşhur psixoloji eksperiment var: insan məlumatı öyrəndiyi mühitdə yerləşdirsə, onu daha yaxşı xatırlayar. Müəyyən bir mənzərə və ya qoxu, eyni şeyi gördüyümüz və ya eşitdiyimiz zaman şüuraltımızdan xatirələri oyada bilər.
Paralel kainat nəzəriyyəsi
Dejavu fenomeni bizim milyonlarca paralel kainatlarda yaşadığımızı və öz həyatımızın başqa versiyasının var oluşu fantastik fikri ilə mükəmməl uyğunlaşır. Nəzəriyyənin tərəfdarları iddia edirlər ki, bu hiss başqa bir kainatla kəsişmə anında yaranır, bunu başqa bir "sən" sizinlə eyni vaxtda edərkən olur. Nəzəriyyə maraqlıdır, lakin elmi məlumatlarla dəstəklənmir, ona görə də onu qəbul etmək çətindir.
Yuxuda gördüklərimiz
İnsan şüurunda ziddiyyətli biliklərin - gözləntilərin, uzaqgörənliyin, gələcəyə olan inancların toqquşması ilə xarakterizə olunur. Bu nəzəriyyə, məsələn, əvvəllər yuxuda gördüyümüz bir şeyi yaşasaq, reallaşa bilər. Məsələn, siz yuxuda müəyyən bir yolda maşın sürdüyünüzü görəndən sonra reallıqda bu yolda sürdüyünüz zaman dejavu baş verər.
Reenkarnasyon
Bəzən insan beyni çox qəribə davranır, sanki əvvəlki həyatından çox təfərrüatlı xatirələri canlandırdığına ait bir neçə nümunə var. Reenkarnasyona inananlar, şüurun vəziyyətini əks etdirən müəyyən münasibətlər ilə yeni bir həyat dövrünə girdiyimizə inanırlar.
Əslində isə, insanın beynində "Parahippokampal girus" deyilən bir sahə var. Məhz bu sahə, yaddaşdan bizə hansı məlumatın gəldiyini və reallıqda başımıza gələnləri əks etdirdiyini başa düşməyimizə cavabdehdir. Və beynin bu hissəsinin sıradan çıxdığı nadir hallarda bizdə dejavu hissi yaranır.
Dejavu fenomenində keçmiş həyatlar və ya aydın yuxular deyə bir anlayış yoxdur. Bu, normal qısamüddətli beyin çatışmazlığıdır.
Aysel Bayramova,
Bakı Slavyan Universitetinin tələbəsi
(Mənbə- https://stakanchik.media/article/10-teoriy-objasnjajuschih-fenomen-dezhavju)