"İki sahil" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2010, 2011 və 2012-ci illərdə Azərbaycanın Eurovision mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunu paylaşıb.
Ukraynada çəkilən foto bir neçə saat sonra Sandranın səhifəsindən silinib. Lakin sözügedən foto Türkiyədə “Eurovision” xəbərlərini yayımlayan “eschalley.com”da işıqlandırılıb.
Sayt iddia edib ki, Səmra Rəhimli Eurovision səhnəsində “Miracle” adlı mahnı ilə çıxış edəcək.
Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin, Ell and Nikkinin, Səbinə Babayevanın mahnılarının söz yazarıdır.