14 mart 2022 18:16
1418

Ay neçə yaranıb? FOTO

Dünyanın gizli qalan sirlərinin bəzilərini təqdim edirik:

Bu qədər su haradandır?

Su, su, su, hər yerdə su. "Mavi Planet" ləqəbini almış Yer səthinin 70% -ni su tutur. Bəs o haradan gəlib, necə yaranıb? Nə üçün planetimizdə bu qədər çox su var, halbuki bütün Günəş sistemində demək olar ki, heç yerdə su yoxdur? Əksər elm adamları hesab edirlər ki, Yer təxminən dörd milyard yarım il əvvəl yarananda quru, qayalı planet idi. Ən populyar elmi nəzəriyyəyə görə H2O-nun Yerə bir neçə nəhəng buzla dolu asteroid şəklində “gəlməsi”dir. Başqa bir nəzəriyyə görə, su Yer yaranandan bəri olub, əmələ gələn planet onu qaz, toz və buludunda saxlamışdır.

Bəs oksigen?

Yer üzündə yaşayan canlılar üçün vacib olan və yaşamı təmin edən oksigenin necə meydana gəldiyini bilsək də (təxminən 2,5 milyard il əvvəl siyanobakteriyalar adlanan mikroskopik canlılar atmosferə oksigeni buraxırdılar) sonradan baş verənlər daha az aydındır. Bundan təxminən 540 milyon il əvvəl Yer atmosferindəki oksigenin səviyyəsi sabitləşənə qədər yüksəlib və azalıb.

Yer nüvəsinin içərisində nə var?

Dünya Yer səthindən xeyli böyükdür, sferik planetin çox hissəsi faktiki olaraq kəşf edilməyib. Biz bilirik ki, Yer qabığının altındakı təbəqə, mantiya, ilk növbədə, sərt silikat süxurlardan ibarətdir. Ancaq planetimizin ürəyi sirr olaraq qalır. Uzun illərdir alimlər dəmir və nikelin yerin daxili təbəqəsini təşkil etdiyinə inanırdılar. Lakin 1950-ci illərdə bu elementlərin nüvənin sıxlığını hesablamaq üçün kifayət qədər yüngül olmadığını aşkar etdilər.

Dinozavrlara nə oldu?


Milyonlarla ildir ki, onlar dünyanın mübahisəsiz hökmdarları olublar. Bu nəhəng canlıların 65 milyon il əvvəl öz sonlarına çatmasına nə səbəb olub? Bir neçə ümumi nəzəriyyə var: biri nəhəng asteroidin Yerlə toqquşmasını nəticəsində baş verdiyi iddia olunur. Digəri isə fəlakətli vulkan püskürmə silsiləsindən. Hər iki halda nəticə təxminən eyni olacaq: toz və zibil günəşi örtərək fotosintez kimi prosesləri zədələyib. Atmosferdəki bütün istixana qazları səbəbindən Yerin temperaturu da təhlükəli dərəcədə yüksəlib. Asteroid və vulkanik fəaliyyətlə bağlı fərziyyələr əhəmiyyətli elmi kəşflərlə dəstəklənir.

Ayın kimyəvi tərkibi Yerin kimyəvi tərkibinə bənzəyir


Çoxları Ayın- Yer və bir qədər kiçik protoplanetin toqquşması nəticəsində yarandığına inanır. Bununla belə, araşdırmalar Ayın kimyəvi tərkibinin Yerin kimyəvi tərkibinə çox bənzədiyini göstərir. Bu, Ayın ayrı bir cisim olmadığını, əslində Yer planetinin bir parçasından əmələ gəldiyini göstərir. Başqa bir nəzəriyyədə Ay Yer orbitinə çəkilmiş ayrı bir cisim olduğu irəli sürülür.

Aysel Bayramova,

Bakı Slavyan Universitetinin tələbəsi

(Mənbə: https://stakanchik.media/article/nerazgadannye-tajny-zemli)