Malayziyanın paytaxtı Kuala-Lumpurda hamilə qadın ərinə təxminən 480 min dollar (7 milyon TL) dəyərində "Lamborghini" markalı lüks avtomobil hədiyyə edib.
"İki sahil" Malaymail-ə istinadən xəbər verir ki, 19 yaşlı anası Anes Ayuni Osman həyat yoldaşı Veldan Zulkeflini doğuşdan sonrakı 100 gün ərzində oyaq qalaraq ona dəstək olacağı üçün Lamborghini markalı avtomobillə mükafatlandırıb. Görüntüdə gözləri bağlı olan ata şokdan sonra göz yaşları içində arvadını qucaqlayıb.
"Evləndiyimizdən bəri xoşbəxtliyimiz heç vaxt kəsilməyib, xüsusən hamiləliyim zamanı həyat yoldaşım mənə belə yaxşı baxdı. Onun fədakarlığına minnətdar olmaqdan əlavə, bu Lamborghini-ni ona hədiyyə edirəm" ifadəsini işlədib.