15 mart 2022 16:23
888

Dünyada ən çox taksi hansı ölkədədir? - FOTO

Meksika mədəniyyəti, küçələri və insanları ilə çox maraqlı bir ölkədir. Təsadüfi deyil ki, əksər insanların bir gün Meksikanı görmək arzusu var.

“İki sahil” bu ölkə haqqında bilmədiklərimizi oxucularına təqdim edir.

Dünyanın ən böyük piramidası Meksikadadır

Dünyanın ən böyük piramidası düşünüldüyü kimi Xeops piramidası deyil. Dünyanın ən böyük piramidası Çolula piramidasıdır və Meksikada yerləşir. Aztek mifologiyasında Xelhua tərəfindən inşa edildiyi deyilən piramidanın tikintisi əsrlər boyu davam edib.

Meksikada 69 fərqli dildə danışılır

Meksika dünyanın ən zəngin dil qruplarına malik ölkələrdən biridir. İspan dilindən əlavə, Meksikada danışılan 68 yerli xalqların dili var.

Ən çox taksi bu ölkədədir

Meksika dünyada ən çox taksiyə malik ölkədir. Hətta taksilər o qədər çoxdur ki, dünyada taksi ödənişi ən ucuz olan ölkədir.

Rəngli televizor meksikalı tərəfindən icad edilib

Rəngli televizorun ixtiraçısı Guillermo Gonzalez Camarena imiş. O, bu ixtiranı edərkən cəmi 23 yaşı olub.

Mexiko bir göl üzərində qurulub

Meksikanın paytaxtı Mexiko sözün əsl mənasında bir göl üzərində qurulub və hər il 12 sm çöküb. Hətta bəzi binalar Piza qülləsi kimi əyilmiş vəziyyətdə idi. Bu nisbətlə Mexiko şəhəri İtaliyadakı Venesiyadan daha sürətlə və daha çox batıb.

Sezar salatı ilk dəfə Meksikada hazırlanıb

Deyilənə görə Sezar salatı ilk dəfə Meksikada yaranıb. İtalyan-amerikalı aşpaz Sezar Kardini 1924-cü ildə Meksikanın Tijuana şəhərində beynəlxalq miqyas qazanan "Sezar" salatını bəşəriyyətə təqdim edib.

Vüsal Cahanov, “İki sahil”