“Oasis of the seas”
Bu gəminin dünyada analoqu yoxdur. Belə ki, ölçülərinə və imkanlarına görə dünyanın bütün gəmilərini qabaqlayır.
"Oasis of the Seas" (Dəniz oazisi) – adlı bu gəminin uzunluğu – 361, eni - 66, hündürlüyü 72 metrdir. Ölçülərinə görə məşhur “Titanik”dən beş dəfə böyük olan bu gəminin yükgötürmə qabiliyyəti - 225 min tondur. 2704 kayutu olan bu gəmi 6360 sərnişin götürür, 2160 ekipajı var. Sərnişinlər 12 min ekzotik və canlı bitkisi, 56 ağacı olan "meşədə" istirahət edə bilirlər. Gəmidə, həmçinin kazino, fontanlı park, bütün növ ərzaq və istədiyin geyimi tapmaq imkanı verən mağazalar var.
“Harmony of the Seas”
Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdu. Bu səyahət gəmisinə “Dənizlərin harmoniyası” (Harmony of the Seas) adı verilib. Qeyd edək ki, gəminin inşası 1 mlrd. ABŞ dollarına başa gəlib və ümumilikdə 6,3 min nəfər sərnişin daşımaq qabiliyyətinə malikdir. Ümumi uzunluğu 362 metr olan layner 16 göyərtədən ibarətdir. Laynerin çəkisi 120 min ton, eni 66 metr, ekipajı isə 2,1 min nəfərdir.
“Liberty ot the Seas”
“Liberty of the Seas” gəmisi 2007-ci ildə inşa edilən və dövrünün ən böyük sərnişin gəmisi idi. 14 göyərtəyə malik gəmi 154 min ton ağırlığında və 4960 sərnişin tutumuna malikdir.
“Symphony of the Seas”
Dünyanın ən böyük sərnişin gəmisi “Symphony of Seas” gəmisi olan səfərlərinə 2018-ci ilin oktyabrında başlayıb. 16 göyərtəyə malik olan bu nəhəng sərnişin gəmisinin ağırlığı isə 230 min ton, sərnişin tutumu isə 5400 nəfərdir.
“Seabourn Ovation”
Avropanın ən yeni lüks gəmisi “ Seabourn Ovation” dünyadakı ən yaxşı daxili dizaynerlərdən biri olan Adam Tihaniyə aiddər. Demək olar ki, dizayner nəhəng gəmini başdan ayağa qədər hazırlayıb. Gəminin restoran menyusunu idarə etməsi üçün məşhur şef Thomas Keller dəvət olunub. Aladdin və Aslan Kral kimi Disney əsərlərinin müəllifi kimi tanınan Tim Rik isə əyləncədən məsul şəxs kimi tanınmaqdadır. Ən maraqlısı isə odur ki, gəmi personalları siz gəmiyə minmədən əvvəl adınızı və ən sevdiyiniz içkini bilir. Bu gəmiyə bir bilet almaq üçün təxminən 5449 dollar ödəməlisiniz.
“RMS Queen Mary 2”
“RMS Queen Mary 2” gəmisi ilə tam bir dünya turuna çıxmaq istəsəniz bu, sizə ümumi adam başı 183.000 dollara başa gələcək. Gəminin ikimərtəbəli, iki vanna otağı olan, xüsusi idman salonu, özünə aid göyərtəsi olan bahalı otaqları var. Əyləncə olaraq isə gəmidə böyük bir planetarium, 3-D cinema və dünyanın ən böyük şərab evlərindən biri var. Həmçinin ev heyvanlarınız üçün burada böyük komfortlu xüsusi yerlər var.
“Ponant Le Laperouse”
DünyanIN ən nəhəng gəmiləri sırasına daxil olan “Ponant Le Laperouse” nəhəng gəmilərin girə bilmədiyi limanlara girə bilir. Olduqca bahalı olmasının səbəbi digər böyük gəmilərə nisbətən daha çox özünəməxsusluqlarının olmasından qaynaqlanır. Məsələn, gəminin altındakı şüşə pəncərələr sayəsində dərin suları görə bilərsiniz. Həmçinin gəminin altındakı kameralar da ekranlardan sizə dənizin gözəlliklərini göstərir. Bu gəmidə səyahət etmək üçün əliniz cibinizdə olmalıdır. Çünki gəmiyə bir bilet eldə etmək üçün təxminən 12,500 dollar ödəmək lazımdır.
“MSC Seaside”
Qonaqlarını qarşılamağa hər zaman hazır olan “ MSC Seaside” gəmisinin göyərtəsində bowling salonu, aquapark və sərhədsiz əyləncə mövcuddur. Gözəl daxili dizaynı isə olduqca ovsunlayıcıdır.
“Norwegian Joy”
2017-ci ildən səyahətlərə başlayan” Norweian Joy” marşrutunu Şanxayda başlayıb Çin və Yaponiya arasında səyahət edir. Gəmi “Ferrari” şirkəti ilə sıx əməkdaşlıq etdiyinə görə göyərtə üzərinə ikimərtəbəli bir yarış meydançası hazırlayıb. Açıq havada lazer silah oyunu, çoxmərtəbəli su parkı, çarpışan avtomobillər və açıq hava parkları da əyləncənin yalnız bir qismini təşkil edir.
Samirə Tağıyeva, “İki sahil”