16 mart 2022 15:30
627

Bayramda az yeyin!

Səhiyyə Nazirliyi Novruz bayramı günlərində qidalanma ilə bağlı vətəndaşlara müraciət edib.

“İki sahil” xəbər verir ki,  nazirliyin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bayram süfrəsinin hər zaman zəngin qidalarla bol olduğunu xatırladıb.

Onun sözlərinə görə, bayram günlərində süfrədə olan yağlı yeməklərdən, xüsusilə də çeşidli şirniyyat növlərindən çox yeyilməməsi məsləhət görülür: “Ən əsas şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin həmin şirniyyatlardan uzaq durmaları tövsiyə olunur.

Yemək qadağası təbii ki, yoxdur. Lakin qidaları miqdarında yemək məsləhətdir. Məsləhət görərdim ki, bayram günlərində axşam saat 8-dən sonra yemək yeyilməsin və hərəkətlilik təmin olunsun”.