16 mart 2022 16:32
721

COVID-19 birbaşa mədə-bağırsaq sisteminə təsir edir

“Koronavirusun özü birbaşa mədə-bağırsaq sisteminə təsir edir”.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin “Instagram” hesabındakı canlı yayımında deyib.

Həkim bildirib ki, koronavirusa yoluxanda istifadə edilən dərmanlar mədə-bağırsaq sisteminin florasını pozur.

“Xüsusilə antibiotiklərin müalicədə çox istifadə olunması mədə-bağırsaq sisteminin pozulması ilə müşahidə edilir. Ona görə də mütləq bu hallar baş verən zaman həkimə müraciət edilməlidir” - o deyib.