Çay haqqında maraqlı faktları təqdim edirik:
1.Yaşıl və qara çayllar "Camellia sinensis" bitkisindən hazırlanır.
2. Çayı sərin, quru, qaranlıq yerdə, metal qabda və ya şüşə qabda saxlamaq lazımdır. Çay xarab olmasın və ətrini itirməsin deyə bir ildən çox saxlamaq məsləhət görülmür.
3. Bir fincan çayda bir fincan qəhvənin yarısı qədər kofein var. Çayın üzərinə qaynar su töküb 30 saniyə gözlətməklə və mayeni boşaldaraq içkidən kofeinin 80%-ni çıxara bilərsiniz. Bundan sonra, qaynar suya çay töküb, 5 dəqiqə dəmləmək lazımdır.
4.İngilis və ona yaxın dillərdə tea sözü Çin dilindən, Amoy Te sözündən yaranıbr.
5. Buzlu çay 1904-cü ildə Richard Blechynden icad edib. O, bunu Sent-Luis sərgisində təqdim edib. Beləliklə, buzlu çay bütün dünyada məşhurlaşıb, baxmayaraq ki, bundan əvvəl 19-cu əsrin əvvəllərində Amerikada buzlu çay içilirdi.
6. 18-ci əsrə qədər Avropada yaşıl və qara çayın müxtəlif bitkilərdən hazırlandığına inanılırdı - Çin istehsalçıları onların istehsalının sirrini gizlədirdilər. Çay bitkiləri Çindən yalnız 19-cu əsrin əvvəllərində çay istehsalı reseptləri ilə birlikdə daşınmağa başladı. Daha sonra ingilislər Hindistanda Camellia sinensis adı verilən vəhşi çay bitkisi kəşf etdilər. Bu bitkidən həm qara, həm də yaşıl çay alınır.
7. Qara çay və yaşıl çay hazırlanmasının arasındakı əsas fərqi bilirsinizmi? Yaşıl çay fermentləri məhv etmək üçün oksidləşmədən əvvəl buxarlanır. Eyni fermentlər qara çay oksidləşdikdə onun rəngini qara rəngə çevirir və müvafiq “çay” dadını verir. Dünyadakı çay yarpaqlarının təxminən 75%-i qara çaya, qalan 25%-i isə yaşıl rəngə çevrilir.
8.Çay 5 mərhələdə hazırlanır:
Üst yarpaqlar və çiçəklər əl ilə yığılır. Yığılan yarpaqlar bir gün qurumağa buraxılır.
Yarpağın içindəki aromatikləri qarışdırmaq üçün yarpaqlar metal rulonlar arasında yuvarlanır.
Burulmuş yarpaqlar oksidləşmək üçün açıq havada qalır.
Daha sonra oksidləşməni dayandırib, qalan nəmi çıxarmaq üçün "oksidləşmiş" yarpaqlar qızdırılır.
9. Çay paketini kim icad edib? Əfsanəyə görə, Nyu-York şəhərinin təchizatçısı Tomas Sullivan çayı metal bankalarda daşımağı baha başa gəldiyinin fərqinə varıb. Beləliklə, 1904-cü ildə o, kağız torbalarda çay satmağa başladı. Müştərilərdən biri təsadüfən paket çayı suya salaraq ondan yaxşı çay hazırladığını aşkar edib. Hekayə gözəldir, amma çay paketinin patenti 1903-cü ilə aiddir.
10.Çayın tərkibində çoxlu antioksidantlar var, normada istehlak edildikdə immunitet sistemini gücləndirir, xərçəng və ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir.
Aysel Bayramova
(Mənbə- https://stakanchik.media/article/interesnie-fakti-pro-chay)