16 mart 2022 19:39
1606

Qeyri-adi hobbilər

Viktoriya dövründə yaşayan insanların 3 qeyri-adi hobbisini təqdim edirik

1. Qəbiristanlıqda pikniklər - Parkların, bağların və muzeylərin sayının az olması səbəbindən bir çox Viktorian amerikalıları qəbiristanlıqlarda vaxt keçirirdilər. Bir çox amerikalı üçün yerli qəbiristanlıq ictimai park kimi bir yer hesab olunurdu. İnsanlar qəbir daşlarının arasında piknik təşkil edirdi.

2. İnsan saçından bəzək əşyaları hazırlanması - İncəsənətdə və zərgərlikdə insan saçından istifadənin tarixi qədim Misirə gedib çıxır, lakin bu təcrübə Viktoriya dövründə başlayıb. İnsan saçından üzüklər, boyunbağılar, sancaqlar, saat zəncirləri və digər nadir zərgərlik parçaları toxunurdu. Sevdiyiniz insandan bir parça saç tükü alaraq ondan özünüzə aksesuar hazırlada, beləliklə onun varlığını hər zaman yanınızda hiss edə bilərdiniz.

3. Güllər vasitəsi ilə şifrəli mesaj - Gül buketi vasitəsilə dərin məzmunlu mesaj yollamaq çətin deyildi. Hər gülün öz mənası var idi. Florioqrafiya lüğəti (çiçəklərin dili) olan hər bir şəxs gizli mesajı deşifrə edə bilərdi. Məsələn, nərgizlər nəcibliyi və qarşılıqsız sevgini simvolizə edirdi, akonitlər isə potensial təhlükə barədə xəbərdarlıq edirdilər.

Nərmin Nərimanova

(Mənbə: https://stakanchik.media/article/9-viktorianskix -uvlechenij-kotorye-segodnya-kazhutsya -strannymi)