16 mart 2022 22:06
764

Sanksiyalar “Sputnik V”nin istehsalına mane olmayacaq

Rusiyanın “Sputnik V” peyvəndinin istehsalçısı Cənubi Koreyanın “GL Rapha” (Hankook Korus) şirkəti koronavirusa qarşı dərman istehsalını dayandırmayacağını bildirib. “GL Rapha”nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kim Ki Yonqun sözlərinə görə, istehsal prosesinə sanksiyalar mane olmayacaq. O qeyd edib ki, vaksinlər sanksiyalardan azaddır.

Bundan əvvəl Cənubi Koreyanın maliyyə sektorunda Rusiyaya qarşı sanksiyalara qoşulduğu, o cümlədən Rusiyanın Birbaşa İnvestisiya Fondu, habelə bu ölkənin səkkiz bankı və onların törəmə müəssisələri ilə əməkdaşlığın dayandırıldığı bildirilmişdi.

Buna baxmayaraq, ABŞ-da olduğu kimi, istisna olaraq, koronavirusla mübarizəyə dəstək ilə bağlı əməliyyatlara icazə veriləcək.

Nubar Süleymanova, “İki sahil”