17 mart 2022 01:13
751

Stresi azaltmağın ən yaxşı yolu

Rusiyalı həkim-terapevt Nadejda Kapninskaya stresdən necə qurtulmaqla bağlı fikirlərini söyləyib. O, qeyd edib ki, stresin simptomlarını dərhal aradan qaldırmağa çalışmaq lazımdır. Ancaq bunun üçün istifadə edilən məşhur “Korvalol” və “Valerian” heç də o qədər də zərərsiz deyil və həkim nəzarəti altında qəbul edilməlidir.

“Korvalol” asılılıq yarada bilər”, -deyə doktor Kapninskaya xəbərdar edib. “Valerian” yanlış qəbul edilərsə, yuxusuzluq, panik atak, həmçinin uzun müddət istifadə zamanı bağırsaq hərəkətliliyinin pozulması, qəbizliyə səbəb ola bilər.

Stress zamanı bitki çaylarının faydaları danılmazdır, lakin yalnız həkim təyin etməlidir: bütün dərman bitkiləri əks göstərişlərə malikdir. Məsələn, hipertonik xəstələr jenşen, eleuterokok, pion, maral kökündən istifadə etməməlidirlər. Hamiləliyin ilk trimestrində uterusun tonusunu artıran oregano və kəklikotu qadağandır. Həmçinin allergiyası olan xəstələr bitki çaylarından ehtiyatla istifadə etməlidirlər.

Lakin itburnu çayı, həmçinin dəmlənmiş böyürtkən və moruq yarpaqları orqanizm üçün təhlükəli deyil. “Bütün hallarda ən yaxşısı həkimin təyin etdiyi çayları içməkdir”,-deyə ekspert məsləhət görüb.Allergiya xəstələri ot çayları ilə xüsusilə ehtiyatlı olmalıdırlar.

Nubar Süleymanova, “İki sahil”