11 yaşlı Həsən Pisecka anası nənəsinə qulluq etməli olduğu üçün Ukraynadan Slovakiya sərhədinə tək getmişdi. Həsənin belində çantası və qohumlarının telefon nömrəsi olub. Sərhəddə səlahiyyətli şəxslər tərəfindən qarşılanan Həsən yaxınlarına təhvil verilib. İndi isə o, Ukraynadan çıxmağı bacaran anasına qovuşa bilib.
Ukraynanın Zaporoje şəhərindən təkbaşına yola çıxan uşaq haqqında bütün dünya danışmışdı. Evlərinin yaxınlığındakı Atom Elektrik Stansiyası (AES) ruslar tərəfindən hücuma məruz qalmasından sonra 11 yaşlı Həsən Slovakiya sərhədinə qədər 1200 km yolu qət etmişdi. Anası Yuliya isə əlil nənəsinə qulluq etmək üçün Ukraynada qalmışdı. Həsən Slovakiyaya gedəndən bir neçə gün sonra anası və nənəsi də onun yanına gedib.
“The Sun”a danışan Yuliya “Slovakiyaya qatarla getmək çox çətin idi. Balaca vaqonda yüzlərlə insan sıxılmışdı. Amma ailəmizin bir araya gəlməsi üçün getməli olduq. Hər kəsə ürəkdən təşəkkür edirəm. Hər şeyi itirdik, amma əsas sağıq," deyə bildirib.
Qorxmaz uşaq Slovakiya sərhədinə çatanda onu könüllülər qarşılayıblar. Əlindəki nömrədən Həsənin qohumları ilə əlaqə yaradan könüllülər onun Bratislavadan aparılmasını təmin ediblər. Həsəni qarşılayanlar ona yemək veriblər. Onlar onun təbəssümünə, qorxmazlığına, qətiyyətinə heyran qalıblar.
Ukraynaya da Suriyadan köçmüşdülər
Həsənin ailəsi illər əvvəl Həsənin atası olmadan Suriyadan köçməli olublar.
Slovakiya polisi “Yenə hər şeylərini itirdilər, amma bu dəfə müharibə onların yaxınlarını əllərindən almadı. İndi onlar yenidən bir yerdədirlər və önəmli olan da budur”deyə açıqlama verib.
Vüsal Cahanov, “İki sahil”