18 mart 2022 14:59
918

Yaşıl qabıqlı portağal

Portağalların məti parlaq narıncı rəngə malikdir, lakin onların qabığı əslində yaşıldır, xüsusən də isti ölkələrdə yetişənlərin.

Yaşıl qabığı olan portağalların əksəriyyəti yetişindən sonra çürüməyə başlayanda narıncıya çevrilirlər. Portağalın yaşıl qabığı heç də meyvənin yetişmədiyini və ya rənginin qeyri-təbii olduğunu göstərmir. Meyvədə sadəcə olaraq xlorofil toplanır. İsti, günəşli ölkələrdə bu xlorofil çox vaxt meyvədə qalır və yalnız meyvə dondurulduqda tədricən parçalanır və nəticədə qabıq narıncıya çevrilir.

Ekvatora yaxın ölkələrdə portağal ilboyu yaşıl qalır. Şimal enliklərində isə erkən yazda və ya gec payızda yetişdirilən portağal təbii olaraq narıncıya çevrilir, amma yayın ortasında yetişdirilənlər yaşıl qalır.

Yeri gəlmişkən, narıncı portağal öz yarpaqlarından kifayət qədər xlorofil qəbul edərsə, yenidən yaşıllaşa bilər. Yaşıl portağal əksər insanlar tərəfindən yetişməmiş hesab edildiyi üçün bazara çıxarılan meyvələr parlaq narıncı rəngə sahib olmalıdır. Bu səbəbdən satışa verilmədən öncə yaşıl portağallar xlorofili məhv edən etilen qazına məruz qalır, bəzən də eyni məqsədlə bilərəkdən yenidən dondurulur, mumlanır, hətta boyaya batırılır. Çünki marketinq bunu tələb edir.

Nərmin Nərimanova,

(Mənbə: hik.media/article/ na-samom-dele-apelsini-ne-oranzhevie)