24 mart 2022 16:03
896

Dineyn adlı zülalın əhəmiyyəti

Mütəxəssislər deyirlər ki, insanların hərəkət etməsini təmin edən yeganə orqanizm dineyn adlı zülaldır. Maraqlı cəhət ondan ibarətdir ki, bu zülal  çox həssas və zərif bir orqanizmdir. Qaldı ki, təbiət ona milyonlarla qat böyük güc verib. Məhz bu güc hesabına o  “motor” rolunu oynaya bilir.

 Hindistanlı alimlər dineyn  orqanizminin  ətraflı öyrənilməsi üçün müxtəlif araşdırmalar aparıb və tədqiqatlar keçiriblər. Aparılan təcrübələrdən birində canlının dineyn orqanizminə lazer şüaları yönəldilib. Mütəxəssislər  müşahidə  edib ki, dineyn lazer şüalarını təsirini uzaqlaşdırmağa  çalışıb. Məlum olub ki, dineyn üzərinə düşən yükə bərabərdir. Bu dineynlər digər orqanizmlərə enerji ötürərək  müqaviməti artırır və bununla da mühərrik funksiyasını  yerinə yetirir.

 Alimlər həmçinin  niyə məhz güclü orqanizm yox, bu cür zəif  dineylərin  belə çox enerji  sərf etdiyini  də araşdırıblar. Məlum olub ki, güclü dineynlər yüksək enerji axını ilə qarşılaşanda  zəif dineynlər  kimi enerji  sərf edə  bilmirlər.

 Alimlərin  bu kəşfinin  gələcəkdə süni əzələlərin inkişaf etdirilməsində  istifadə olması gözlənilir.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü