28 mart 2022 11:22
979

İlin ən məşhur gecəsində şillə qalmaqalı - VİDEO

Ötən gün Los-Ancelesdə baş tutan 94-cü "Oskar" mükafatlandırma mərasimi qalmaqalsız ötüşməyib.

“İki sahil” xəbər verir ki, tədbirdə məşhur Hollivud ulduzu Uill Smitlə aparıcı Kris Rok arasında gərginlik yaşanıb. Kris aktyorun həyat yoldaşı Cada Pinkett-Smitin alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafat edib. Bunun ardından Cadanın pis olduğunu görən Uill səhnəyə qalxaraq Krisin üzünə şillə vurub və geri qayıdaraq yerində əyləşib.

Əsəbləri soyumayan aktyor daha sonra onu təhqir etməyə başlayıb. Daha sonra Kris heç nə olmamış kimi çıxışana davam edib.