29 mart 2022 16:36
663

İlon Mask ikinci dəfə COVID-ə yoluxdu

“Tesla” və “SpaceX” şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask yenidən koronavirusa yoluxduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki,  o, bazar ertəsi “Twitter” hesabında bu barədə yazıb: “Deyəsən, yenidən yoluxmuşam. Amma indiyə qədər heç bir simptom yoxdur.”

Qeyd edək ki, dünyanın ən varlı adamı ilk dəfə ötən ilin noyabrında COVID-ə tutulub.