29 mart 2022 17:15
1166

Lobodanın "İnstagram"ı bloklandı - FOTO

Ukraynanın Əməkdar artisti Svetlana Loboda teleqram kanalında instaqram səhifəsinin bloklandığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, ifaçı problemi həll etməyə çalışdıqlarını yazıb. O, eyni zamanda yenidən Ukraynadakı vəziyyətə toxunub:

"Bu gün hər birimiz üçün çətin dövrdür, Ukraynada müharibə gedir, hər bir insanın daxilində müharibə gedir. Müharibə ən vacib şeyi - insanların həyatını alır. Amma insanlığımızı itirməməliyik, çünki sevgi ölümə qalib gəlir”.