Yaponiyanın Nara prefekturasında yerləşən “Souki Socks” adlı kiçik corab fabriki idman velosipedində ayaqcıq çevirərkən insana öz corablarını toxumağa imkan verən cihaz hazırlayıb.
“Souki Socks” corab hörgüsünü kütlələr üçün maraqlı etmək qərarına gəlib.
Onlar mexaniki toxuculuq dəzgahını və demək olar ki, hər kəsə sadəcə ayaqcıq çevirməklə öz corablarını toxumağa imkan verən velosipedi birləşdirən dahiyanə bir mexanizm hazırlayıblar.
"Charix" adlanan maşın 2017-ci ildə satışa çıxarılandan bəri turistlərin böyük marağına səbəb olub.
Toxuculuq maşınları 1990-cı illərdə Yaponiyada məşhur idi, lakin zaman keçdikcə fabriklər onları istehsal etməyi dayandırdı. “Souki Socks” komandası bu maşınlara idman velosipedlərini birləşdirərək onlara yeni nəfəs verə bilib.
Ayaqcığı fırlamağa başlamazdan əvvəl ziyarətçi corabların ölçüsünü və sapların rəngini seçir. Zavod işçisi ipləri maşına bağlayır, bundan sonra ayaqcığı çevirməyə başlaya bilərsiniz. Bildirilir ki, bir cüt corab hazırlamaq təxminən 10 dəqiqə çəkir. Ziyarətçi pedal çevirməyi bitirdikdən sonra fabrik işçiləri ayaq barmağının üzərinə düşən hissəni tikir və corabları ütüləyir ki, qonaq onları özü ilə aparsın.
Nubar Süleymanova, “İki sahil”