30 mart 2022 00:30
696

Siqaretdən imtina etdikdə nə baş verir?

Siqaretdən imtina ilə bağlı əsas məqamlar bunlardır:

1. Siqareti tərgitmək, asılılığı aradan qaldırmaq və nikotinə ehtiyac duymamaq üçün düşüncə tərzimizi əsaslı şəkildə dəyişdirməliyik.

2. Siqareti tərgitmək məqsədinə çatmaq istəyənlər bunu planlı bir şəkildə etməlidir.

3. Siqaret çəkən şəxs bu vərdişdən nə qədər tez qurtulsa, bir o qədər tez xərçəng, ürək və ağciyər xəstəlikləri, həm də digər xəstəliklərə tutulma riskini azaldar.

Son siqareti çəkdikdən 20 dəqiqə sonra ürək döyüntüsü normallaşır. Qan təzyiqi düşür və qan dövranı yaxşılaşmağa başlayır. Siqareti tərgitdikdən cəmi bir gün sonra infarkt riski azalmağa başlayır. Çünki siqaret çəkmək qan təzyiqini artırır və qan laxtalanmasını sürətləndirir,buna görə də insult riski artır. Bu qısa müddət ərzində oksigen səviyyəsi yüksəlir, bu da fiziki fəaliyyəti asanlaşdırır.

Bir ay ərzində insanın ağciyər funksiyası yaxşılaşmağa başlayır. Ağciyərlər sağaldıqca və genişləndikcə, öskürək və nəfəs darlığı problemi daha az yaşanır. Atletik dözümlülük artır və keçmişdə siqaret çəkənlər qaçış və tullanma kimi ürək-damar fəaliyyətinin bərpasını müşahidə edə bilərlər. Siqaretdən imtinadan bir il sonra işemik ürək xəstəliyinin inkişaf riski iki dəfə azalır. Və getdikcə də azalmağa davam edir. On il sonra isə ağciyər xərçənginə tutulma və bu səbəbdən ölmə riski siqaret çəkməyə davam edən insanlara nisbətən iki dəfə azdır. Ağız, boğaz və ya mədəaltı vəzi xərçənginin inkişaf şansı əhəmiyyətli dərəcədə azalır.

Aysel Bayramova ,

Nərmin Nərimanova

(Mənbə: https://stakanchik.media/article/chto-proisxodit -posle-togo-kak-vy-brosaete-kurit)