30 mart 2022 12:29
1094

Hande Kərəmdən sonra onu seçdi

Türkiyəli aktrisa Hande Erçel həmkarı Kaan Yıldırımla eşq yaşayır.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük ötən gün Emirganda məkanların birində səhərə qədər əylənib. Birlikdə görüntülənən ikili paparatsilərin eşq iddiaları ilə bağlı suallarını cavabsız qoyub.

Qeyd edək ki, Hande bundan əvvəl "Sen çal kapımı" serialında baş rolları bölüşdüyü Kərəm Bürsin ilə sevgili idi. Bir çox eşq münasibətində adı keçən Kaan isə ən çox Hadisə ilə sevgili olduqdan sonra məşhurlaşıb.