Avropa ölkəsi olan Çexiya həm turizmi, həm də memarlığı ilə diqqət çəkir. Bu yazıda Çexiya haqqında oxuyacaqlarınız sizi çox təəccübləndirəcək.
“İki sahil” bu ölkə barədə bilmədiklərinizi sizə təqdim edir.
Ən təhlükəsiz yeddinci ölkədir
Çexiya 2019-cu il Qlobal Sülh İndeksində əvvəlki illərdə olduğu kimi ən təhlükəsiz on ölkə arasında yer alıb. Çexiya dünyada yaşamaq üçün yeddinci ən təhlükəsiz ölkə kimi tanınır.
Avropada ən çox qala Çexiyadadır
Çexiyada 2000-dən çox qala və şato var ki, bu da Avropanın hər hansı digər ölkəsindən daha çoxdur. Hətta bu qalaların ən məşhurları Hluboka qalası, Orlik, Lednice və Karlşteyn qalalarıdır.
Dünyanın ən qədim üçüncü astronomik saatına sahibdir
Ölkənin paytaxtı Praqa dünyanın üçüncü ən qədim astronomik saatına ev sahibliyi edir. Praqa astronomik saatı bu gün də fəaliyyət göstərən ən qədim saatdır.
Praqa “Yüz qülləli şəhər” kimi tanınır
Çexiya gözəl kafedralları və qüllələri ilə məşhur bir ölkədir. Praqa şəhəri ölkənin bu müxtəlifliyinə görə "Yüz qülləli şəhər" adını alıb. Şəhərdə 1000-dən çox qüllə, və zəng qülləsi var.
Ənənəvi yeməkləri yoxdur
Çexiyada məşhur olan yemək yoxdur. Bunun ölkədəki mədəni müxtəlifliyə görə olub-olmadığı bilinmir. Lakin Çexiyanın rəsmi olaraq milli yeməyi yoxdur. Ancaq yerli sakinlərdən soruşsanız, "Vepro Knedlo Zelo" cavabını verəcəklər.
Dünyanın ikinci ən çirkin tikilisi
Praqa özü bütövlükdə olduqca gözəl şəhərdir. Bu harmoniyada şəhərdə gözə çarpan bir bina var. Zizkov televiziya qülləsi kimi tanınan bu qüllə dünyanın ikinci ən çirkin tikilisi kimi tanınır.
Praqanın ən dar küçəsi 50 sm-dir
Praqa ilə bağlı maraqlı faktlardan biri də onun eni düz 50 sm olan küçəsinin olmasıdır. Bu küçə Vinarna Certovka adlanır. Küçə Çarlz körpüsünün yaxınlığında, bir neçə ev arasında yerləşir. Cəmi 10 metr uzunluğunda olan bu küçə əslində restorana bağlanan pilləkəndir. Hətta bu küçədə bir az klostrofobik olsa da axını idarə etmək üçün işıqfor da var.
Vüsal Cahanov, “İki sahil”