31 mart 2022 16:37
903

Yapon alimlərinin üçüncü doza araşdırması

Dünyanın bir çox ölkəsində COVID-19-a qarşı peyvənd tətbiqləri davam edərkən, yapon mütəxəssisləri peyvəndin 3-cü dozası üzərində araşdırma aparıb. Ötən ilin yanvar-fevral aylarında hərarət və digər əlamətlərlə əlaqədar ölkənin 10 əyalətinin səhiyyə müəssisələrinə müraciət edən 16-64 yaşlı 2000 xəstənin peyvənd tarixini və analiz nəticələrini qiymətləndirən mütəxəssislər belə qənaətə gəliblər ki, “Pfizer” və ya “Moderna” peyvəndinin üçüncü dozası vurulan insanlarda xəstəliyin əlamətlərinin qarşısı 68,7 faiz alınıb. COVID-19 peyvəndinin ikinci dozasını qəbul edən insanlarda peyvəndin qorunma nisbəti 42,8 faiz olaraq müəyyən olunub. Eyni nisbətin ötən ilin iyul-sentyabr ayları arasında aparılan təhlildə isə təxminən yüzdə 88,7 təyin olunub.

Tədqiqatçılar sözügedən cədvəldə ən son təhlil edilən yanvar-fevral dövrünün COVID-19-un Omicron mutasiyasının yayıldığı dövrə təsadüf etdiyini açıqlayıblar.

Dünən Yaponiyada təsdiqlənmiş 53 min 753 COVID-19-ə yoluxma ilə ölkə daxilində ümumi yoluxma sayı 6 milyon 514 min 343-ə, COVID-19 səbəbiylə 96 nəfərin ölümü ilə ümumi ölüm sayı 28 min 35-ə yüksəlib.

 Qeyd edək ki, ölkə əhalisinin təxminən 80 faizi 2 doza COVID-19 peyvəndi qəbul edib. 3-cü doza COVID-19 peyvəndi vurulanların nisbəti 40,7 faiz olaraq açıqlanıb.

Vüsal Cahanov, “İki sahil”