31 mart 2022 23:45
673

Ən uzaq ulduz kəşf edildi

"Hubble" kosmik teleskopu 28 milyard işıq ili uzaqlıqda olan ulduzun şəklini çəkib.

“İki sahil” xəbər verir ki, bu, indiyədək qeydə alınan ən uzaq ulduz kəşfidir. Ulduzun Günəşdən 50-500 dəfə böyük və milyonlarla dəfə parlaq ola biləcəyi proqnozlaşdırılır.

Yeni ulduza "səhər ulduzu" və ya "yüksələn işıq" mənasını verən "Earendel" adı qoyulub.