01 aprel 2022 14:24
593

Avropa İttifaqı ilə Çin arasında zirvə görüşü başlayıb

Avropa İttifaqı ilə Çin arasında videoformatda zirvə görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel, habelə Çinin dövlət başçısı Si Cinpin və bu ölkənin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan iştirak edirlər.

Gündəlikdə duran əsas məsələ Ukraynadakı müharibə, bu ölkəyə yardım göstərməklə bağlı beynəlxalq birliyin öhdəlikləri, Rusiyanın hərbi müdaxiləsi nəticəsində yaranan kəskin humanitar böhran və beynəlxalq nizam üçün ortaya çıxan təhlükədir.

Bununla yanaşı, iqlim dəyişikliyi, biomüxtəliflik və səhiyyə, habelə qarşılıqlı ticarət əlaqələrinin tənzimlənməsi kimi məsələlərə dair də müzakirələr aparılacaq. Avropalı nümayəndələr beynəlxalq nizamın təməl prinsiplərin və universal dəyərlərin qorunub saxlanılması, habelə Çin tərəfi ilə insan hüquqlarına dair dialoqu bərpa etmək üçün fikir mübadiləsi aparacaqlar.