Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq.
“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhün prezidenti olmaqda qərarlıdır:
"Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşand. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq, bu həftənin cümə günü sülh razılaşmasının başlanğıcı olacaq razılaşma imzalayacağıq".
NATO ekspertləri Almaniya aeroportundakı insidentin təhqiqatında iştirak etmək istəyirlər
ABŞ-nin X-62A təyyarəsi süni intellektdən istifadə edərək hava hədəfini aşkar edib