01 aprel 2022 17:44
857

Qızı xəstə olan Brüs Uillisin şəklini paylaşdı

Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillisin qızı Skaut Uillis onun fotosunu instaqram hesabında paylaşıb.

“İki sahil” xəbər verir ki, o, ailəsinin bununla bağlı məlumatı yaydıqdan sonra aktyora qarşı yönələn arzu və istəkləri belə şərh edib:

"Ata. Bu qədər şəxsi bir şeyi paylaşmaq inanılmaz idi. Bunun necə qarşılanacağını bilmirdim. Dünyada bu qədər hadisələr baş verdiyi zaman buna necə reaksiya verəcəklərini əvvəlcədən bilmirsən. Sevgi və şəfqət ümid edirdim, amma bir ailə olaraq pərəstişkarlarından aldığımız sevginin dərinliyini və miqyasının bu qədər olacağını gözləmirdim. 

Atamın sizin üçün nə ifadə etdiyini göstərən sevginizə minnətdaram. Mənimlə əlaqə saxlayan hər kəsə bütün qəlbimlə təşəkkür edirəm, sizi sevirəm".