01 aprel 2022 22:15
1218

Məşhurlara qadağalar varmış..

Ulduzların çoxu öz şıltaqlıqları ilə məşhurdur: bəzisi çıxışdan öncə ya elit şampan, ya da Himalay dağlarından mineral su tələb edir, bəzisinin otaq nömrəsinə qızılgül ləçəkləri səpilməlidir, bəzilərinin “M&Ms” konfetləri hamısı eyni rəngdə olmalıdır və s. Bəs onların kuratorları məşhurların özlərindən nə tələb edirlər? İnanın, onlarla müqavilənin şərtləri o qədər sərtdir ki, “hamilə qalma” bəndi ən sadəsi kimi görünə bilər. Aşağıda xarici ulduzların prodüserlərinin qoyduğu ən qəribə məhdudiyyətlər haqqında oxuya bilərsiniz:

Aktrisa Demi Lovato

Qaragözlü amerikalı aktrisa gənc yaşlarından tanınmağa başlayıb. 10 yaşında bu istedadlı qız artıq rəqs edir, mahnı oxuyur, “Barni və dostları” şousuna qatılır, gitara və fortopianoda ifa edirdi.

Eyni zamanda, ona epizodik olsa da “Just Jordan” və “Escape” seriallarında rol almaq təklif edildi. Bununla birlikdə, açıq-aydın istedadlı Deminin karyerasına belə bir fırtınalı başlanğıc, uşağın psixiksının artıq yüklənməsinə səbəb oldu. Qız vaxtaşırı depressiyaya düşməyə başladı.

Bundan əlavə, məlum oldu ki, onun irsiyyəti heç də yaxşı deyildi: atası Patrik Lovato alkoqol və narkotik asılılığından əziyyət çəkirdi. Buna görə də balaca müğənni və aktrisanın əməkdaşlıq etdiyi studiyanın rəhbərliyi müqaviləyə yenidən baxmaq qərarına gəlir. Yeni müqavilədə bəndlərdən biri qızın heç bir halda intihar etməməsi şərti idi.

Britni Spirs

Bu ulduzun şəxsi həyatının bəzi təfərrüatlarını bilən demək olar ki, bütün işəgötürənlər kontrakta spirtli içkilərin qadağan edilməsi ilə bağlı bənd əlavə edirlər. Lakin Las Vegas kazinolarından biri daha da irəli getdi. Onun rəhbərliyi ilə olan müqavilə ona görə ulduzların şousu həftədə iki dəfə göstərilməli idi. Əlbəttə ki, Amerika gözəli nəinki oxumalı, həm də səhnədə kifayət qədər fəal rəqs etməli idi. Başa düşdüyünüz kimi, həddindən artıq yuvarlaq bədən forması burada yersiz olardı. Beləcə, “hamilə qalma” bu müqavilənin məcburi bəndi oldu.

Futbolçu Ronaldinyo

Matçlarda iştirak yox, reklam - bu futbolçu üçün pul qazanmağın əsas yollarından biridir. Oyunda topu vurub-qaldırmamağın çox da böyük əhəmiyyəti yoxdur - ilk növbədə, idmançı müəyyən bir markaya sadiqliyini nümayiş etdirməlidir. “Coca-Cola” şirkəti 2011-ci ildə Ronaldinyoya diqqətəlayiq bir təklif etdi: içkilərini tanıtmaq üçün ildə 750 min dollar. Bu müqavilə üç illik idi.

Ancaq yarım ildən sonra futbolçu bu "kiçicik" qazancını itirdi. Məsələ burasındadır ki, idmançının jurnalistlərlə görüşlərin birində əlində tamam başqa istehsalçının qabını tutduğu yerdə görüntüləri yayıldı.. Beləliklə, ona qarşı sanksiyalar dərhal təqib olundu və braziliyalı futbolçu ömürlük dərs aldı.

Futbolçu Stefan Şvarç

Yəqin ki, balaca Stefan uşaq ikən şkafa qalxmağı və Yer kürəsinin ətrafında raketlə uçduğunu təsəvvür etməyi xoşlayırdı. O, insanın Aya ilk eniş ilində anadan olub. Buna görə də təəccüblü deyil ki, onun uşaqlıq xəyalı daha yetkin illərdə reallaşdı.

O, peşəkar astronavt olmadı, ancaq kosmos turisti kimi kommersiya əsasında irəli-geri uçmaq istəyini həyata keçirdi. Oğlan öz niyyətlərini dostları ilə, o da öz növbəsində rəhbərliklə bölüşdü. İngiltərənin "Sanderlend" klubunun sahibləri də öz növbəsində "sürünmək üçün doğulmuş (komandanın şöhrəti üçün qaçan) uça bilməz" deyə əsaslandırdılar və Stefana kosmosda səyahət etməyi rəsmən qadağan etdilər.  Belə desək, qələmin köməyi ilə isveçlinin “qanadlarını” sındırdılar.

Aktyor Kiton Baster

"Böyük Daş Üz" - bu aktyor belə bir ləqəb aldı. Onun karyerası səssiz filmlər dövründə inkişaf edib və bu adam komediya rollarına baxmayaraq, heç bir emosiya nümayiş etdirmədən tamaşaçını güldürməyi bacarıb. Kiton həm də peşəkar kaskadyor idi və insanların gülümsəməkdənsə, gözlərində kədərlə yerə yıxıldığını daha çox bəyəndiyini uşaqlıqda valideynləri ilə kiçik komikslərdə çıxış edərkən öyrənmişdi. Uşaq qəzəbli ata tərəfindən bütün ciddiliyi ilə auditoriyaya atılan dəcəl uşaq rolunu oynamalı idi. Sonradan Kiton Baster böyük bir Hollivud kinostudiyası ilə kontrakt imzaladı. Ona rəsmi olaraq, gülümsəmək qadağan olundu, hətta adi həyatında da gülə bilməzdi.

Basketbolçu Toni Parker

Qlamur ulduzların müxtəlif əzalarını bəlalardan sığortalaması adətdir. Hər bir basketbolçunun bədəninin ən qiymətli hissəsi isə əlbəttə ki, əllərdir. Onlar yalnız qulluq edilməli deyil, həm də əsas idman vasitəsi kimi qorunmalıdırlar. Bu onların hətta müqavilələrində də özü əksini tapmışdır. Məsələn, fransalı basketbolçu Toni Parkerə təmir işləri, ev işləri və bağ becərilməsi qadağan edilib.

Hollivud aktyorları

Yenə də ən sərt qaydaların ixtiraçılarının reytinqlərinə Hollivud hüquqşünasları rəhbərlik edir. Son vaxtlar onlar fikir veriblər ki, yeni filmlərin ssenarilərini yeddi qıfıl arxasında gizlətsələr belə, orda-burda oxşar süjetli əkiz filmlər peyda olur. Cavab sadədir: ya rejissor dostlarına işindən nəsə danışır, ya da aktyorlar çəkilişdən fotoları öz səhifələrində dərc edirlər. Buna görə də bir çox kino şirkətləri müqavilələrinə iş müddəti ərzində sosial şəbəkələrdə ünsiyyətin qadağan edilməsi ilə bağlı bənd daxil etməyə başladılar.

“Vankuver Kenaks” idmançıları

Kanada hokkey klubunun menecerləri qeyd ediblər ki, video oyunları oynamaq təkcə idmançıların sağlığına mane olmur (onlar çox vaxt gecəyədək oyaq qalırdılar), həm də komandanın birliyinə mane olur. Buna görə də, səfər matçları zamanı videooyunların oynanılmasına qoyulan qadağa komanda quruculuğunun əsasına çevrilməyə başladı.

Nubar Süleymanova, “İki sahil”