04 aprel 2022 14:19
1241

Sığorta puluna görə qətl FOTO

ABŞ-dan olan hiyləgər fırıldaqçı on ildən artıq müddət ərzində ədalətdən yayınmağı bacarıb. Bu vaxt ərzində o, sığorta puluna görə ən yaxın dostunu və öz anasını öldürmüşdü. Qadının törətdiyi cinayətlərə görə isə günahsız birisi cavab verməli oldu. Lakin üçüncü qətl hadisəsi ilə həqiqət ortaya çıxır.

Detalları sizə təqdim edirik:

2011-ci il dekabrın 27-də Amerikanın Missuri ştatının Troy şəhər sakini Russell Faria 911-ə zəng edərək arvadının intihar etdiyini bildirmişdi. Polis hadisə yerinə gələndə Betsinin qanlı bədənində 50-dən çox bıçaq yarası aşkar edir. Bunu intihar kimi qəbul etmək mümkün deyildi. Russel nə qədər günahsız olduğunu, evə gələndə həyat yoldaşının artıq ölü olduğunu desə də, ona heç kim inanmır. Beləliklə 2013-cü ildə Russell Faria ömürlük həbs cəzasına məhkum edilir, sonradan məlum olduğu üzrə, nahaq yerə. 2015-ci ildə mərhum Betsinin qızları Lea və Maria Day, hökmün ədalətsiz olduğunu sübut etməyə çalışırlar. Yeni məhkəmə prosesi zamanı Rassel bəraət qazanır. Bundan sonra Betsinin dostu, Pam Hupp şübhə altına düşür. Pam və Betsy sığorta şirkətində işləyəndə tanış olmuşdular. Lakin Pam işdən çıxır və onların əlaqəsi kəsilir. Aradan bir az zaman keçir, Betsidə xərçəng xəstəliyi aşkar olunur. Rəfiqələr yenidən danışmağa, görüşməyə başlayır. Betsi xəstəliyinin ağır olmasını nəzərə alaraq həyatını 150 min dollar məbləğində sığorta altına alır, əgər o həyatını itirsə pul əri Russelə qalacaqdı. Rəfiqəsi Pam bu vəziyyətdən məmnun deyildi, narazılığını bildirərək Betsini razı salır ki pul ona qalsın. Çün ki əri bu məbləği düzgün xərcləyə bilməyəcəkdi. Dekabrın 22-də, qətldən beş gün əvvəl rəfiqələr sənədlərin dəyişdirilməsi üçün kitabxanaya üz tutur. Arıtq Betsinin ölümü halında sığortanın bütün pulu onun ərinə yox, Pam-ə qalacaqdı. 2015-ci ildə qətlin təkrar istintaqı zamanı Pamı əsas şübhəli cismində olmasına səbəb məhz bu faktlar idi. Nəzərinizə çatdıraq ki, Betsinin rəfiqəsinə bu dərəcədə güvənməsinin səbəbi onda idi ki, o, xərçəngdən müalicə alarkən Pam həmişə onun yanında idi, dəstək olurdu. Betsinin heç vaxt ağlına gəlməzdi ki, ən yaxın rəfiqəsi pula görə onu qətlə yetirsin.

Pamın törətdiyi növbəti cinayət: 16 avqust 2016-cı ildə Pam 911-ə zəng edərək polisə özünü müdafiə məqsədi ilə 33 yaşlı əlil Lui Qumpenberqi vurduğunu bildirir. Onun sözlərinə görə Luis ona hücum etməyə çalışıb və "Russelin pulunu" tələb edib. Pam Luisin qətlində ittiham olunur və sorğu-sual üçün bölməyə aparılır. O an qadın anlayır ki, həbsxanadan çıxa bilməyəcək. Dindirmə otağında Pam tualetə getmək üçün icazə alır və öz həyatına son qoymağa çalışır. Lakin onu xilas etməyi bacarırlar. Nəticədə Pam Lui Qumpenbergerin qətlində günahkar bilinir. O, 2016-cı ildən ömürlük həbs cəzası çəkir. Bu məsələ Betsinin qətli ilə bağlı istintaqın yenidən başlamasına səbəb oldu. 12 iyul 2021-ci ildə Pam rəfiqəsini öldürməkdə ittiham edildi. Prokuror onun üçün ölüm cəzasını tələb etmək niyyətindədir.

Nərmin Nərimanova

(Mənbə: https://lenta.ru/articles/2022/04/02/pam/)