Təəssüflər olsun ki, bir çox insan artıq çəki problemindən əziyyət çəkir. Bunun səbəbləri müxtəlifdir: genetik meyillilik, oturaq həyat tərzi, yanlış qidalanma, hər hansı bir xəstəlik nəticəsində yaranan fəsadlar və psixoloji vəziyyət.
Artıq çəkini yaradan psixoloji səbəblər:
1. Depressiya - Özünə qarşı sevgisizlik, komplekslər, özgüvənin aşağı olması - depressiyanın əlamətləri ola bilər. Bunun nəticəsində insan həddindən çox yeyə və yaxud yemədən kəsilə bilər.
2. Əhvalın pis olması - Bəzi insanlar öz əhvallarını yemək yeyərək yüksəldirlər. Həyatlarında həzz aldıqları, onları xoşbəxt edən tək şey yemək olur. Bunu çıxış yolu olaraq görürlər.
3. Gecə yemək - Axşam saatlarında metobilzma yavaşlayır. Ona görə də iştahınıza nəzarət etməyə çalışın. Gecə yemələrini vərdiş halına salmayın.
Bəs artıq çəki ilə bağlı komplekslərdən necə qurtulmaq olar?
1. Kompleksin yaranma səbəbinin axtarılıb tapılması - Demək olar bütün hallarda səbəb uşaqlıq dövründə gizlidir və valideynlərlə əlaqəlidir.
2. Obyektiv olun - Bədən çəki indeksinizi hesablayın, əgər artıq çəki həqiqətən də mövcuddursa ondan azad olmağın doğru yollarını axtarın. İdeal insan yoxdu, hər birimizin qüsurları var. Mənfi tərəflərinizi gördüyünüz kimi, müsbət olanları da görün. Onları inkişaf etdirin, bütün diqqətinizi neqativ məsələlərə yönəltməyin.
3. Cəmiyyət nə deyər, deyə düşünməyin - Misal üçün kök olan birisi utandığı üçün sabahları yürüyüşə çıxmaqdan imtina edə bilər. Doğru bildiyiniz yoldan kiminsə təzyiqinə görə vaz keçməyin.
4. Bədəninizi sevin - Xarici görünüşünüz necə olursa olsun, bədəninizi sevin və ona qayğı göstərin. Bədəniniz sayəsində nəfəs alır, gəzir, bir sözlə yaşayırsınız . Pis vərdişlərlə sağlamlığınızı məhv etməyin, bədəninizə əziyyət verməyin.
Nərmin Nərimanova