Albinizm (latınca albus - ağ) dərinin, saçın və gözün əsas piqmenti olan melanin istehsalını pozan irsi genetik xəstəliklər qrupudur.
Onların əsas təzahürü anormal dərəcədə ağ dəri, çox açıq rəngdə saçlar və gözlərdir. Afrikadakı albinoslar ən çox diskriminasiyaya məruz qalan və qorunmayan qruplardan biridir. Bəzi ölkələrdə, xüsusən də ağ dərili afrikalıların ən çox yaşadığı Tanzaniyada, Mozambik, Malavi və Brundidə albinosların bədən hissələrindən boyunbağı və ya hazırlanan cadu iksirlərinin sehrli gücə malik olduğuna dair inanclar geniş yayılıb.
Bu ölkələrdə albinosların əzalarını kəsərək şikəst qoyan və ya öldürən dəstələr var. Başqa bir inanca görə isə albinosla cinsi əlaqə HİV və ya QİÇS-i sağalda bilər. Amma belə xurafatların olmadığı ölkələrdə belə, albinosların həyatı çox çətindir. Albinos uşaqlar tez-tez məktəbdə zorakılıqla üzləşirlər. Görmə problemləri səbəbindən onların oxuması və işləməsi bəzən çətin olur - xüsusən də oftalmoloqdan ixtisaslı yardım almağın problemli olduğu yerlərdə. Məsələn, Tanzaniyada albinos uşaqların yalnız yarısı orta məktəbi bitirir. Albinoslar bütün digər insanlar kimi cəmiyyətin üzvləridir. Lakin zorakılıq, qərəz və ayrı-seçkilik onların həyatını çox çətinləşdirir. Albinizm hörmətsiz münasibətə, insan ləyaqətinin alçaldılmasına səbəb olmamalıdır.
Nərmin Nərimanova
(Mənbə: https://style.rbc.ru/health /60c1b8899a7947af8f796e44)