04 aprel 2022 19:57
974

Nə üçün planetimizdə bu qədər su var?

Yer səthinin 70% -i sudan ibarətdir. Buna görə də o "Mavi Planet " ləqəbini alıb. Bəs su hardan peyda olub? Nə üçün planetimizdə su bu qədər çoxdur, halbuki bütün Günəş sistemində demək olar ki, heç yerdə yoxdur?

Əksər elm adamları hesab edirlər ki, Yer təxminən dörd milyard yarım il əvvəl yarananda quru, qayalı planet olub. Ən populyar elmi nəzəriyyəyə əsasən H2O Yerə bir neçə nəhəng buzla dolu asteroid şəklində “gəlib".

Başqa bir nəzəriyyəyə görə isə su Yer yaranandan bəri olub. Planet onu Günəş sistemini meydana gətirən qaz və toz buludundan qoruyub.

Bəs oksigen necə? Yer üzündə yaşayan canlılar üçün oksigen əvəzolunmazdır. Yer atmosferindəki oksigenin səviyyəsi təxminən 540 milyon il əvvəl nəhayət sabitləşənə qədər yüksəlib və azalıb. O vaxtdan bu günə qədər təxminən eyni səviyyədə qalıb. Bəs onun birdən stabilləşməsinə nə səbəb olu? Bu, planetimizlə bağlı ən böyük elmi sirrlərdən biri olaraq qalır.

Dinozavrlara nə olub? Yazıq dinozavrlar, bu gün onlar muzeyin parçası və kino tamaşası mənbəyindən başqa bir şey deyil. Bu nəhəng canlıların 65 milyon il əvvəl təkamülünü sonlandıran nə baş verib? Bir neçə ümumi nəzəriyyə var: biri nəhəng asteroidin Yerlə toqquşmasını, digəri silsilə vulkan püskürməsini səbəb göstərir.

Nərmin Nərimanova

(Mənbə: https://stakanchik.media/article /nerazgadannye-tajny-zemli)