KÖŞƏ

Vəli İlyasov

Ermənilərin Xudavəng yalan-palanı…

14 aprel 2022 01:56
1137

Yaxşı ki, İsa peyğəmbərin Azərbaycanda yaşadığını iddia etmirlər

Vallah, bu ermənilər qəribə məxluqdurlar. Abır-həya deyilən şey bu zatı qırıqlarda  heç yerli-dibli yoxdur. Heyvanlar özündən güclüsünə məğlub olandan sonra arxasına baxmadan qaçır, ya onu görəndə gizlənməyə yer axtarır. Məsələn, eşşək palçığa bir dəfə batar, sonrakı dəfələrdə döyüb öldürsən də bir daha o palçığa girməz. Amma ermənilər bir dəfə girdikləri palçığa yüz dəfə girirlər və anlamırlar ki, anlamırlar. Hamımızın yadımızdadır ki, erməni işğalçıları 2020-ci ilin 44 günlük müharibəsində bu ərazilərdən dronlar və “İtiqovan”la ilə qovulublar. Həyasızlığın dərəcəsinə baxın ki, hətta bundan sonra da ermənilər Xudavəngdən əl çəkmək fikrində deyillər.

Bu günlərdə erməni apostol kilsəsinin Qarabağ yeparxiyası bildirib ki,  aprelin 17-də ermənilərin Pasxa  bayramını qeyd etdikləri bazar günü  Kəlbəcər rayonunun Xudavəng kəndindəki monastra ziyarət təşkil etməyə hazırlaşır.  Erməni mediasının yazdığına görə, bu barədə  Xankəndidəki Surb Astvatsun kilsəsinin keşişi Nerses Əsriyan öz "Facebook" səhifəsində məlumat paylaşıb. “Möminlərimiz üçün çoxdan gözlənilən xəbər. Müqəddəs Diriliş günündə Artsax yeparxiyası Dadivank ziyarətini təşkil edir. İştirak etmək istəyənlər mümkün qədər tez Stepanakertin (Xankəndinin) iki kilsəsindən birində qeydiyyatdan keçməlidirlər”, - deyə keşiş  yazıb. Hər şeydən əvvəl onu qeyd edək ki, saxtakar ermənilərin Dadivank adlandırdıqları o yer Dədəvəngdir, sözü nə qədər əyişdirsələr də məna öz yerində qalır. Ermənilər uydururlar ki, guya bu monastrı İsa peyğəmbərin on iki həvarisindən biri olan Dadi tikdirib. Gülməlidir, İsa və on iki həvarisi nəinki Azərbaycanda, heç Qafqazda belə olmayıblar. Bəs, bu Dadi yalan-palanı hardan çıxdı? Nə isə...Ermənidir də, ondan bundan artığını gözləməyə dəyərmi?

Xəbərdə ermənilərin Kəlbəcər rayonu ərazisində yerləşən  Xudavəng məbədinə ziyarəti üçün Azərbaycanın aidiyyəti dövlət qurumlarından icazə alınıb-alınmaması haqda məlumat verilmir. Əslində, bu, ziyarət deyil, sülh nizamlanmasının olmadığı şəraitdə yenidən aranı qarışdırmaq cəhdidir.  Qarğabeyin ermənilər hələ dərk etmirlər ki, Xudavəng hara, bunlar hara? Axı, Xudavəng qəsr-qaladır, müqəddəs yer deyil. Ora alban hökmdarlarının ailələrinə məxsusdur və ermənilərə heç bir dəxli yoxdur. Oradakı alban yazıları və xaçları, ailə qəbiristanlığı, divanxana və s. bunu təsdiq edir.

Alban knyazı Həsən Cəlalın anası Arzu xatun və arvadı Minə xatun burada dəfn olunublar. Onların hər ikisi qıpçaqdır.  Dövrünün tanınmış ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq məhv etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar.

Xudavəng monastr kompleksində çoxlu inşaat kitabələri və yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biridır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın İslam memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur. Ermənilər sonradan yamadıqları yalan məlumatlarla özləri özlərini ifşa ediblər.

Buraya XIX əsrdən sonra məqsədli gələn erməni  casusları torpağa erməni xaçları və yazılı daş kitabələri basdırıb sonra onları “taparaq” buranın erməni kilsəsi olduğunu sübut etməyə çalışmışlar. Bəziləri isə daha irəli gedərək abidəni və onun yerləşdiyi əsrarəngiz məkanı kinolentə köçürərək Avropanın şəhərlərində qədim Artsax erməni abidəsi kimi təqdim etmişlər.

Ancaq unudurlar ki, monastrdakı xaçlar erməni xaçları deyil, alban xaçlarıdır. Bu xaçların isə ciddi fərqləri var. Bir haşiyə çıxaq. Avropanın şəhərləri xaçlarla doludur, deməli, belə çıxır ki, Avropa ermənilərindir? İstehza doğurur, elə deyilmi? Cavabı isə belədir ki, bir zaman havadarlarının köməyi ilə gəlib Azərbaycanda sığınacaq tapmış ermənilər buranı özəlləşdirməyə çalışıblar və niyyətlərinə çatıblar. Həmin o iy indi də burunlarında qalıb. Hətta il yarım əvvəl burunları sındırılsa da o iy getmək bilmir ki, bilmir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, sırtıq erməni keşişləri orada qalmaqda davam edirlər. Lakin 2021-ci ilin mayından Azərbaycan Ordusu erməni zəvvarların  işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya "sülhməramlı"larının müşayiəti ilə məbədi ziyarət ediblər. İndi görünür, “sülhməramlı”ların kölgəsində yenə də Xudavəngə gəlməyi planlaşdırırlar.

Dəfələrlə qeyd etdiyimiz kimi, Qarabağdakı "qədim erməni abidəsi" adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. Bu monastr təxminən VII əsrdə tikilmiş, sonrakı əsrlərdə yanında daha bir neçə məbəd inşa edilərək kompleks hala salınmışdır. XIII əsrdə isə alban feodalı Həsən Cəlal tərəfindən əsaslı təmir edilmişdir. Görəsən bu abidə kompleksinin tikildiyi VII-XIII əsrlərdə ermənilər dünyanın harasında olduqlarını yada salırlarmı? Bəyəm o əsrlərdə, hətta XVIII əsrdə Azərbaycan dövlətinin ərazisində erməni vardı? İkincisi də məbədin olduğu ərazi bütün zamanlarda və indi də tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir... Həyasız ermənilərin ayağını buradan birdəfəlik kəsmək üçün kəskin qadağa qoyulsa, burunlarına vurulub geri qaytarılsalar yaxşı olardı. Çünki donuz darıdan elə-belə, sakitcə çıxan deyil.