14 may 2022 11:29
675

 Özbəkistanla kosmik sahədə əməkdaşlığımız genişləndirilir

Özbəkistanda keçirilmiş "Kosmik Texnologiyalar Konfransı" çərçivəsində "Azərkosmos" agentliyi ilə "Uzbekkosmos" agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Uzbekkosmos" Kosmik tədqiqatlar və texnologiyalar agentliyi məlumat yayıb.

Əməkdaşlıq memorundumuna əsasən, tərəflər arasında kosmik texnologiyalar və monitorinqlə əlaqədar layihələrin reallaşdırılması, kadrların hazırlanması, təkrar hazırlığı və ixtisas artırılması, kosmik monitorinqin tətbiqi və tənzimlənməsi üzrə təcrübə mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur.