14 may 2022 21:02
775

Hərbçilərimiz Türkiyədə təlimlərdə iştirak edirlər

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edirlər.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin qardaş ölkənin Qars vilayətində bayraq təhvil-təslim mərasimi keçirilib.

Mərasim “Heydər Əliyev-2022 Faktiki Atış Birgə Quru Təlimləri” çərçivəsində baş tutub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində verilən məlumat “#TekMilletİkiDevlet” həştəqi ilə paylaşılıb.