16 may 2022 15:20
291

Fransa millisinin sabiq üzvü 3 illik həbs edildi

Fransa millisinin sabiq hücumçusu Toni Verel 3 il müddətinə azadlıqdan məhrum edilib. 

"İki sahil" “L’Equipe”ə istinadən xəbər verir ki, Nansi şəhər məhkəməsi 2011-ci ildə baş vermiş insidentlə bağlı qərar verib.

“Lion”un sabiq futbolçusu Toni Verel həmin vaxt üç qardaşı ilə birlikdə gecə klubunun çıxışında mühafizəçilərə atəş açıb. Nəticədə 3 mühafizəçi yaralanıb.

Verel 2 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşlarından biri eyni cəzanı alıb. Digər ikisi 2 ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum edilib.