24 sentyabr 2026 10:01
56

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

“İki sahil” xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək. Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq. Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.  Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.